Masallıda yol polisini bıçaqlayıb “X5”-lə qaçdılar

Masallıda yol polisini bıçaqlayıb “X5”-lə qaçdılar
 

Avqustun 9-da, axşam saat 23:45 radələrində Masallı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Sfera.az avtosfer.az-a istinadən xəbər verir ki, Cəlilabad rayon Yol Polisi Bölməsinin əməkdaşı Rauf Sübhan oglu Məmmədov adları və kimlikləri tam bəlli olmayan Yardımlı rayon sakinləri tərəfindən bıçaqlanıb.

Aralarında yaranan insident zamanı həmin şəxslər Rauf Məmməfova bir neçə bıçaq zərbəsi vurduqdan sonra idarə etdikləri "BMW-X5" markalı avtomobillə hadisə yerindən qaçıblar.

Lakin məsələyə cəld reaksiya verən Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının 11 taqımının komandiri, mayor Hikmət Qafarov və taqımın inspektorları baş serjant Ramil Tapdıqov, baş serjant Vahid Huseynov və serjant Nurlan Həsənov operativlik göstərərək hadisə yerindən qaçan şəxslərin olduğu "BMW-X5" markalı minik avtomobilini aşkar edərək saxlayıblar.

Avtomobil Masallı rayon Polis Şöbəsinin müvəqqəti saxlanma dayanacağına qoyulub.

Şahidlərin dediyinə görə, polis əməkdaşını bıçaqlayan Yardımlı rayon sakini Ceyhun adlı şəxs olub.

Ümumilikdə hadisəni törədənlər beş nəfər olub. Avtomobili idarə edən isə Yardımlı rayon sakini İbayev Sərvər Teymur oğludur.

Faktla bağlı araşdırmalar aparılır. 


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...