Güləşçimiz erməniyə qalib gələrək finala yüksəldi
İdman
19:55 / 09.08.2019
978
Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Qran-pri turnirində finala yüksəlib.
Sfera.az report-a istinadən məlumatına görə, 82 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda Ermənistan təmsilçisi Maksim Manukyanı məğlubiyyətə uğradıb. Hüseynov rəqibinə tam üstünlüklə - 9:1 hesabı ilə qalib gəlib.