Məryəm Uzerli qızının üzünü ilk dəfə göstərdi - Ay Allah necə gözəl uşaqdı - FOTOLAR

Məryəm Uzerli qızının üzünü ilk dəfə göstərdi  - Ay Allah necə gözəl uşaqdı - FOTOLAR

Məryəm Uzerli, Can Ateşten dünyaya gələn qızı Laranın doğum gününü romantik bir yazı qələmə alaraq qeyd etdi. 

Sfera.az bildirir ki, qızının üzünü ilk dəfə göstərən Uzerli'nin fotoşəkilinə bəyənmə və şərh yağdı.

İkinci yaşına çatan qızı üçün "həyatımdakı ən böyük eşqim" deyən məşhur aktrisa paylaşdığı fotoşəkilin altına bunları yazdı:

2 il keçdi ... Mənim şirin qızım, Lara'cığım! Səni dünyaya gətirmənin mənə nəsib olmasından bu yana tam iki il keçdi. Bu zaman dilimində səni yaxşı gördüyüm hər an Uca Allaha şükr etdim və indi də günlərinin daim yaxşı keçməsi üçün yenə duacıyam ...

Mənim ətimdən ət, qanımdan qan, ürəyim, canım, həyatım, ən böyük eşqim, ən böyük xoşbəxtliyim, ən böyük qüvvətim, qərar və çalışmalarımda mənim ən böyük hərəkətverici güc və motiv qaynağım ... İkinci doğum gününü indi bir ana ürəyiylə könüldən təbrik edir və səni sıx sarılıb öpürəm ... Səni sonsuz bir sevgiylə sevən, Anacığın ...


OXŞAR XƏBƏRLƏR