Türkiyə Superkubokunu “Qalatasaray” qazandı - VİDEO
İdman
10:45 / 08.08.2019
1974
Türkiyə Superkubokunda qalib müəyyənləşib.
Oxu.Az xəbər verir ki, həlledici qarşılaşmada ölkə çempionu və kubokunun qalibi olan "Qalatasaray” kubokun finalçısı "Akhisar”ı sınağa çəkib.
Ankarada baş tutan görüşün taleyini bir qol həll edib.
Qarşılaşmanın 39-cu dəqiqəsində fərqlənən Yunes Belhanda İstanbul klubuna kuboku qazandırıb.
Bu, "Qalatasaray”ın tarixindəki 16-cı Superkuboku olub.
Türkiyə Superkuboku
7 avqust
22:30. "Qalatasaray” – "Akhisar” – 1:0
Qol: Belhanda, 39