"102"-yə edilən gecə zəngi Bakı polisini ayağa qaldırdı: "DİN-nin binasına bomba qoyulub..."

Gecə Bakının Səbail rayonunda bir neçə qəribə hadisə baş verib.

Sfera.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Səbail Rayon Polis İdarəsindən məlumat verilib. Avqustun 5-i saat 22:40-da "102” telefon xidmətinə zəng edən kişi bəyan edib ki, Daxili İşlər Nazirliyinin binası qarşısına partlayıcı qurğu qoyulub. Lakin məlumat təsdiqini tapmayıb.

Əməliyyatçılar zəng edən kişinin şəxsiyyətini müəyyənləşdiriblər. Bu, Novxanı qəsəbəsində yaşayan 1974-cü il təvəllüdlü Qalib Qəribovdur. Onun ruhi-əqli problemi olduğu müəyyən edilib.

Polis kişini psixiatriya xəstəxanasına yerləşdirmək məqsədilə həkim briqadası çağırıb. Lakin Q.Qəribov bundan xəbər tutan kimi qaçıb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları "telefon terrorçusu”nu axtarırlar

OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...