Prokurorluq babanın nəvəsini öldürməsi ilə bağlı məlumat yaydı

Prokurorluq babanın nəvəsini öldürməsi ilə bağlı məlumat yaydı

Fevralın 7-də Mübariz Məmmədov Binəqədi rayon prokurorluğuna müraciət edərək, 1997-ci il

 təvəllüdlü oğlu Tural Bayramovun naməlum şəxs və ya şəxslər tərəfindən öldürülərək Ağdam

 rayonunun Çəmənli kəndində dəfn edildiyini bildirib.

Bakı şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə, faktla bağlı Binəqədi rayon 

prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət 

işi başlanıb.

Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri

 və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin mərhumun babası Rakif Bayramovtərəfindən

 törədilməsində əsaslı şübhələr müəyyən edildiyindən o, tutularaq istintaqa cəlb olunub. Meyit

 məhkəmənin qərarına əsasən, dəfn olunduğu yerdən çıxarılaraq (eksqumasiya) ekspertizaya 

təqdim edilib.

R.Bayramov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək Cinayət Məcəlləsinin qeyd edilən 

maddəsində nəzərdə tutulan ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan

 tədbiri seçilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilməklə, zəruri istintaq tədbirləri davam etdirilir.


OXŞAR XƏBƏRLƏR