Xaçmazın polis rəisi işdən azad olundu - ƏMR

10:06 / 06.08.2019
2969
Xaçmaz rayon Polis Şöbəsinin rəisi Nofəl Məhərrəmov işdən azad olunub.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
N.Məhərrəmovun sərəncamda olduğu bildirilir. Onun yerinə hələ ki təyinat yoxdur.