Xoşqədəmin toy etdiyi cütlüyün görüntüləri hamını duyğulandırdı - VİDEO

Maqazin
22:22 / 05.08.2019
7297
Xoşqədəm Hidayətqızının evləndirdiyi cütlüyün övladı doğulub.
"Elnur və Nərminimin qızları oldu. Maşallah olsun! Bu sətirləri sevinc göz yaşlarıyla yazıram. Allah sizi xoşbəxt etsin, əzizlərim!"
BAKU.WS xəbər verir ki, aparıcı bu barədə sosial şəbəkədə məlumat verib.
O, doğum evindən çəkilən görüntüləri paylaşaraq sevincini ifadə edib:
Xatırladaq ki, əli-ayağı olmayan I qrup əlil Elnur və Nərmin cütlüyü evlənərkən kasıbçılıq üzündən toy edə bilməyiblər. Onlar "Səni axtarıram" proqramına müraciət edərək toy arzusunda olduqlarını bildirmişdilər. Xoşqədəm Hidayətqızı müxtəlif şəxslərin yardımı ilə fevral ayında onların arzusunu reallaşdırdı. Toyda tanınmış sənətçilər və ictimai xadimlər iştirak etmişdi.
Sfera.az