“Sizin səviyyəniz, savadınız yoxdur” – Prezident məmurları vəzifədən qovdu
Özbəkistan prezidenti Şövkət Mirziyoyev baş nazir Abdulla Aripova və prezident administrasiyasının rəhbəri Zaynilobiddin Nizomiddinova Fərqana, Xorzəm və Qaşqadərya vilayətlərinin icra hakimlərinin vəzifələrindən uzaqlaşdırılması üçün göstəriş verib.
Prezident bu haqda kiçik biznesin və sahibkarlığın inkişafına dair keçirdiyi selektor müşavirəsi zamanı bildirib.
"Mən Aripova və Nizomiddinova hakimlərin işdən azad edilməsi haqda öz təkliflərini təqdim etməyi tapşırıram. Mənə bu lazım deyil! Mən bir daha təkrar edirəm, belə siyasətlə biz uzağa gedə bilmərik-zorakı siyasətlə! Əgər bu zorakı siyasət işləsəydi 10 il ərzində bizim vəziyyətimiz yaxşı olardı”,-Mirziyoyev deyib.
Mirziyoyev deyib ki, o Urqenç şəhər hakimi Şuxrat Abdullayevin cinayət məsuliyyətinə cəlb olunacağını deyəndə Yermanov onun vəkili kimi çıxış edib və baş nazirə xahişlə müraciət edərək Abdullayevi qoruyub. "Bax budur sənin "dostluğunun” nəticəsi. Get internetdə səninlə mənim dostluğum haqda yazılan şərhləri oxu”,-o icra hakimini danlayıb.
"Əgər sən vicdansız mənim dostum olsaydın belə etməzdin. Nəyə görə sən binanı sökmüsən? İnternetdəki şərhləri oxu. Baş nazirin səfərindən sonra insanlar nə yazırlar? Orada sənin foton yoxdur, təkcə baş nazirin fotosu var. İnsanlar isə altından şərh yazıb prezidentin siyasətini lənətləyirlər”,-Mirziyoyev deyib.
Mirziyoyev bildirib ki, hansısa məmuru işdən çıxarmaq və ya barəsində cinayət işi qaldırmaq məsələsi qalxanda Yermanov dərhal onların vəkili kimi çıxış edir.
"Mən internetdəki bu şərhləri oxuyandan sonra öz kabinetimdə necə sakit otura bilərəm?”,-prezident hakimə deyib.
Xatırladaq ki, Urqenç rayonunda evləri sökülən 400-dən çox ailə bir neçə ay ərzində kompensasiya ala bilməyiblər və açıq havada qurduqlarrı çadırlarda, komalarda yaşamalı olublar.
İyulun 26-dn 27-nə keçən gecə evləri sökülən bir neçə min sakin küçələrə çıxıb və yolu bağlayıb.
Müşavirə zamanı dövlət başçısı Qaşqadərya vilayətinin hakimi Zəfər Ruziyevi də bərk danlayıb. Prezident bildirib ki, hakim onun siyasətini "bütün dünyada biabır edib”.
"Qaşqadəryada Ruziyev familiyalı bir hakim var. Beş il boyu kənd təsərrüfatı naziri olmuş vicdansız. İnternetdə şərhləri oxu. Sənin tabeçiliyindəkilərdən biri yerli sakinlərdən biri ilə dalaşıb və məni bütün dünyada biabır edib. Deyirsən bu sənin rayonundur, istədiyini edəcəksən. Sənin normal kadrların yoxdur, üstəlik Dekxanabadı istəyirsən. Bax budur sənin "dostluğun”. Mən şəffalığa can atıram, hakimiyyətin imicini möhkəmləndirmək istəyirəm, sən isə mənə bu cür "dostluq” edirsən”.
Müüşavirə zamanı prezident bildirib ki, evlərin sökülməsi haqda heç kimə göstəriş verməmişdi.
"Vicdansızlar, sizlərdən kimə tapşırıq vermişəm ki, evləri sökün? Mən sizə dedim ki, əvvəlcə sakinlərlə razılaşın. Sonra cənab Zakirovla oturub layihə hazırladıq, baş nazirlə razılaşdırdıq, sonra binaları sökün dedik. Mən belə tapşırıq vermişəm. Bax budur sənin "dostluğun”, cənab Ruziyev!”,-o çıxışında deyib.
Müşavirə zamanı Mirziyoyev Fərqana vilayətinin Riştan rayonundakı söküntü ilə bağlı da danışıb. Bildirib ki, vilayətin icra hakimi Şuxrat Qəniyev onun yetirməsi olsa da indi etimadı doğrultmur.
"Bu söküntüdən əvvəl yaxşı olardı ki, öz başını söküb atasan. Bəyəm mən səni bunun üçün yetirmişdim, o qədər vaxt sərf etmişdim? Sən bütün Özbəkistanı biabır etmisən…”,-prezident bildirib.
"Vicdansız, mən sənə Riştan üçün pul verdim ki rayonu abadlaşdırasan, amma əvvəlcə insanların razılığını alasan. Cənab Qəniyv, təcrübəli hakim! Yermanov vilayətə təzə rəhbərlik edir, amma sən də, Ruziyev də satqınlarsınız! Bəyəm sənin kimi adamla böyük işlər görə bilərik? Heç vaxt! Hətta sizə tapşırıq verməyə qorxuram. Çünki səviyyəniz, savadınız yoxdur, nə kitab oxuyursunuz, nə prezidentin fərmanlarını”.
yenisabah