“Tualetdəyəm, hamamdayam” deyə, hər şeyi paylaşırlar”

Maqazin
11:44 / 04.08.2019
5763
Türkiyəli müğənni Bülənt Ərsoy jurnalistlərin suallarını cavablandırıb.
O, "Sosial medianı və İnstaqramı necə istifadə edirsiniz” sualına belə cavab verib:
"Mən indi tualetdəyəm, birazdan hamama girəcəm” deyə, hər şeyi paylaşırlar. Məncə, bu, düzgün deyil. Ulduzlar əlçatmaz olmalıdır. Ən incə detallaradək hər şeyin ortaya tökülməsinin tərəfdarı deyiləm. Səmaya baxdığınız zaman belə ulduzlar kilometrlərlə uzaqdadır. Hər şeyi paylaşmağı sevmirəm”.
Qeyd edək ki, sənətçi sosial media hesabında çox nadir hallarda paylaşım edir.
///Axşam.az