1 gün ac qalmağın sağlamlıq üçün 10 FAYDASI

1 gün ac qalmağın sağlamlıq üçün 10 FAYDASI
Müxtəlif ölkələrdə aparılmış araşdırmalar göstərir ki, qısamüddətli aclıq insan orqanizmi üçün olduqca faydalıdır.

Hələ qədimdə dahi təbiblər Hippokrat, Avisenna, Parasels qısamüddətli aclığın köməyi ilə müxtəlif xəstəlikləri müalicə edirdi.

Alimlərin fikrinə görə, müasir insanlar lazın olandan daha çox kalori qəbul edir və bu da müxtəlif xəstəliklərin inkişafına, həyatın qısalmasına səbəb olur.

Bir eksperiment zamanı alimlər sıçanların qidalanmasını 20% azaltdıqdan sonra aşkar ediblər ki, az yeyən siçanlar daha fəal və sağlam idi, daha çox yaşayırdı. Bu insanlara da aiddir - qidalanmanın azalması insan sağlamlığına yalnız müsbət təsir edəcək.

Amerika alimləri tərəfindən aparılmış son araşdırma qısamüddətli aclığın beyinin fəaliyyətinə müsbət təsirini aşkar edib. Belə ki, 1 gün ərzində ac qaldıqda beyinin koqnitiv (təfəkkür, yaddaş və s.) funksiyaları xeyli yaxşılaşır. Maraqlıdır ki, bir çox dahi yazıçılar, musiqiçilər, rəssamlar bilmədən bu üsuldan istifadə edirdi  - öz əsərlərini yaratdıqdan əvvəl ac qalırdı.

Beləliklə, insan ac qalanda orqanizmdə hansı müsbət dəyişikliklər baş verir?

1. Dediyimiz kimi, beyin daha yaxşı işləməyə başlayır, insanın yaradıcılıq potensialı artır.

2. İmmun sisteminin fəaliyyəti yaxşılaşır. Məhz bu səbəbdən soyuqdəymə xəstəlikləri zamanı həkimlər daha az yeməyi və çox maye qəbul etməyi tövsiyə edirlər.

3. Metabolik proseslər sürətlənir, çəki azalır.

4. Orqanizm təmizlənir və cavanlaşır.

5. Dərinin vəziyyəti yaxşılaşır.

6. Xərçəngin riski azalır.

7. Ürək və damarların daha sağlam olur.

8. Astmadan əziyyət çəkənlərin vəziyyəti yüngülləşir.

9. Arterial təzyiq tənzimlənir.

10. Orqanizmdə iltihabları azaldır.  

Lakin onu da nəzərə almaq lazımdır ki, bu nəticələri müntəzəm olaraq həftədə 1 dəfə ac qaldıqda əldə etmək mümkündür. Aclıq günü yalnız su içmək olar.

Diqqət! Bəzi xəstəliklər zamanı aclıq əks-göstərişdir.(saglamolun.az)

OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...