Daha bir məşhur cütlük ayrıldı -FOTOLAR

Daha bir məşhur cütlük ayrıldı -FOTOLAR

Türkiyə şou-biznesində daha bir ayrılıq baş verib.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, məşhur cütlük Miray Daner ilə Kubilay Aka ayrılıb. Bu barədə aktyor sosial şəbəkə hesabında məlumat yayıb.

"Söyləməli olduğum hədsiz çox şey var, susmalı olduğum da... Ortaq fikrimiz əsasında ayrılmaq qərarına gəldik. Bu gündən etibarən dostluğumuz davam edəcək, sevgim əbədi olaraq qalacaq. İki il davam edən sevgi münasibətimizdə hər şeyə qarşı dimdik dayandıq. Bu müddətdə də o gözəl gözlərdən başqa gözə baxmadım. Buna görə də aramızda xəyanətdən belə söz gedə bilməz. Əlvida, Miroşum, mavim, hər şeyim. Sən həmişə özəl olacaqsan, mən də həmişə sənə dəstək olacağam”.


OXŞAR XƏBƏRLƏR