Avropa Liqası: “Neftçi” və “Qəbələ” növbəti sınaq qarşısında

Avropa Liqası: “Neftçi” və “Qəbələ” növbəti sınaq qarşısında

Bu gün UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab qarşılaşmaları çərçivəsində 42 oyun keçiriləcək.

Oxu.Az xəbər verir ki, bu oyunlardan Bakıda və Tbilisidə keçiriləcək görüşlər Azərbaycan üçün əhəmiyyət kəsb edən matçlardır.

Belə ki, "Bakcell Arena”da "Neftçi” Rusiyanın "Arsenal” klubunu qəbul edəcək. Tula şəhərində keçirilmiş ilk matç Bakı klubunun 1:0 hesablı qələbəsi ilə başa çatdığından, mərhələni keçməyə "Neftçi” daha yaxın görünür. Ancaq rəqibin Rusiya Premyer Liqasının klubu olduğunu nəzərə alsaq, paytaxt təmsilçisinin işinin heç də asan olmayacağı qənaətinə gəlmək olar.

Bu matçı Maltadan olan hakim Alan Mario Sant idarə edəcək. Komandamız III təsnifat mərhələsinə vəsiqə qazanacağı halda, vaxtilə Zaqatalanın "Simurq” klubu ilə qarşılaşmış İsrail "Bney Yehuda”sı ilə görüşəcək.

Eyni vaxtda Tbilisidə "Dinamo” "Qəbələ”ni qəbul edəcək. "Qəbələ” öz meydanında 0:2 hesabı ilə uduzduğundan, komandamızın şansları yüksək qiymətləndirilmir. Təxminən 55 min tamaşaçı tutumuna malik Boris Payçadze adına "Dinamo Arena”da baş tutacaq görüşdə "Qəbələ”dən gözlənilən ən azı heç-heçə edib UEFA reytinqinə xallar yazdırmasıdır.

Bu matçı Finlandiyadan olan Petri Vilyanen idarə edəcək. Qalib komanda növbəti mərhələdə Niderlandın "Feyenoord” klubu ilə görüşəcək.

Qeyd edək ki, hər iki matç saat 21:00-da başlayacaq.


OXŞAR XƏBƏRLƏR

Rusiyada 20-dən çox uçuş təxirə salındı

Moskvanın “Şeremetevo” hava limanı 20-dən çox reysi təxirə salıb.   Sfera.az xəbər verir ki, bu barədə hava limanının onlayn lövhəsində m...

Sadəcə hürə bilir: Anası tərəfindən atılan 8 yaşlı uşaq danışmağı unudub

Taylandda baş verən faciəvi hadisə sosial xidmətlərin hərəkətə keçməsinə səbəb olub. Yalnız itlərlə ünsiyyət qura bilən 8 yaşlı uşaq illərdir baxımsız qaldığı e...

Kirayə mənzillərə gizli kameralar qoyulur - AÇIQLAMA

Son illər kirayə verilən mənzillərdə və həyət evlərində təhlükəsizlik məqsədilə müşahidə kameralarının quraşdırılması halları artmaqdadır. Lakin bu tendensiya ş...

Azərbaycanın ATƏT-dəki nümayəndə heyətindən etiraz bəyanatı

Azərbaycanın ATƏT-dəki nümayəndə heyəti etiraz bəyanatı yayıb.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın Vyanadakı səfiri Rövşən Sadıqbəyli ö...

59 il bioloji valideynlərini axtaran kişi DNT testi sayəsində gözlənilməz həqiqəti üzə çıxardı - FOTO

Uels sakini Saymon Prothero ömrünün 59 ilini öz ailəsini tapmağa çalışıb. Kişi DNT testindən keçəndə doğumu, valideynləri və körpə ikən niyə tərk edildiyi barəd...

Yaponiyada artıq çəkili olmaq həqiqətən qadağandırmı?

Yaponiyada artıq çəkidən əziyyət çəkən şəxslərin vergiyə cəlb edilməsi və ya artıq çəkili olmanın qeyri-qanuni hesab edildiyi barədə şayiələr zaman-zaman yenidə...