ABŞ-da qırıcı təyyarə qəzaya uğradı

Hadisə
10:10 / 01.08.2019
3209
ABŞ-ın Kaliforniya ştatında çoxhədəfli qırıcı təyyarəsinin qəzaya uğraması nəticəsində "Ölüm dərəsi” milli parkını ziyarət edən azı 7 nəfər xəsarət alıb.
APA xəbər verir ki, bu barədə "CNN” telekanalı məlumat yayıb.
Məlumata görə, təyyarə ABŞ hərbi-dəniz qüvvələrinin Çayna-Leyk bazasının yaxınlığında, "Ölüm dərəsi”ndə yerləşən "Ulduz müharibələri” adlı kanyonunda qəzaya uğrayıb. Telekanal bildirir ki, bu kanyon aviasiya həvəskarları arasında kifayət qədər tanınmış yerdir, onlar burada təlim uçuşlarını seyr edirlər.
Hazırda qəzanın olduğu yerdə axtarış-xilasetmə işləri aparılır, pilotun vəziyyəti barədə hələlik bir məlumat yoxdur.