Salonunda KVN-in aktyoru olan maşın Qarabağ əlilini vurub öldürdü – YENİLƏNİB, VİDEO

Salonunda KVN-in aktyoru olan maşın Qarabağ əlilini vurub öldürdü – YENİLƏNİB, VİDEO
 

Bakı-Sumqayıt şossesinin Yasamal rayonu ərazisindən keçən hissəsində baş verən yol qəzasında ölən şəxsin kimliyi məlum olub.

Sfera.az "BakuTV"yə istinadən xəbər verir ki, Bəşirov Mirzə İlqar oğlu idarə etdiyi "Silverado” markalı minik avtomobili ilə hərəkətdə olan zaman anidən onun qarşısına piyada çıxıb.
 
Nəticədə o, piyadalar üçün nəzərdə tutulmayan yerdən yolu keçmək istəyən Qarabağ əlili, 1975-ci il təvəllüdlü Məmmədov Azər Vaqif oğlunu vurub. A.Məmmədov aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.
 
Əraziyə DYP əməkdaşları cəlb olunub. Sürücü saxlanılaraq istintaqa cəlb edilib.
 
Faktla bağlı araşdırma aparılır.

***09:14

 
Bakıda piyada ölümü ilə nəticələnən yol qəzası baş verib.

Bu barədə hadisə şahidləri BAKU.WS-in "qaynar xətti”nə məlumat veriblər.

Bildirilir ki, "Silverado” markalı avtomobil piyadanı vurub.

Belə ki, kişi yüksək sürətlə hərəkət edən maşının qabağına çıxıb. Nəticədə maşın onu vurub. Piyada hadisə yerində ölüb.

Hadisə şahidləri bildiriblər ki, həmin maşında "Parni iz Baku" KVN komandasının üzvü, "Planet Parni iz Baku” KVN Teatrının aktyoru Emil Abbasov da olub.

Baş verən qəzanın görüntülərini təqdim edirik. 
BAKU.WS

OXŞAR XƏBƏRLƏR

Rusiyada dollar və avro BAHALAŞDI

Rusiya Mərkəzi Bankının (RMB) rəhbərliyi ölkədə dollar və avronun rəsmi məzənnələrini qaldırıb.   Sfera.az xəbər verir ki, bu barədə RBM-in saytında ...

İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürüldü

İsrailin İrana endirdiyi zərbələr nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki generalı ölüb.   Sfera.az xəbər verir ki, bu barədə &...

16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi

Abşeron rayonunun Aşağı Güzdək qəsəbə məscidində imam müavini vəzifəsində çalışan Turab Əliqan oğlu Tahirov tutduğu vəzifədən azad olunub.   Sfera.az...

12 gündə İsrailə atılan raketlərin sayı açıqlandı - Neçə nəfər ölüb?

İran 12 günlük münaqişə nəticəsində İsrailə 550-yə yaxın raket və 1000-dən çox pilotsuz uçuş aparatı atıb.   Sfera.az xəbər verir ki, bunu İsrail Baş...

Qadına qeyri-etik hərəkət edən taksi sürücüsü saxlanıldı

Paytaxt ərazisində fəaliyyət göstərən bəzi taksi sürücülərinin qadın sərnişinlərlə etik normalara zidd davranışları, xidmətə aid olmayan mövzularda söhbət aparm...

Lavrov Türkmənistana gəldi

Rusiya xarici işlər naziri Sergey Lavrov Türkmənistana səfər edib.   Sfera.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.   XİN rəh...