Türkiyədə silah zavodu yanır

Hadisə
12:50 / 30.07.2019
3194
Türkiyənin Konya əyalətinin Beyşehir rayonunda ov tüfəngi istehsal edən silah zavodunda yanğın baş verib.
"Qafqazinfo”nun "Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, yanğın ilkin olaraq zavodun damında başlayıb.
Yanğının hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.
Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.