Məmur oğlu söyüşə görə həbs edildi - Zaqatalada

Məmur oğlu söyüşə görə həbs edildi - Zaqatalada
 

Zaqatala rayonunda vəzifəli şəxsin oğlu həbs edilib.

Rayon sakini Seymur Hüseynov ictimai yerdə nalayiq ifadələr işlətdiyinə görə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Zaqatala Rayon Məhkəməsinin qərarı ilə S.Hüseynova 20 sutka inzibati həbs cəzası verilib.

Qeyd edək ki, S.Hüseynov "Azərsu” ASC-nin Zaqatala su-kanal sahəsinin rəisi Samir Hüseynovun oğludur.

APA


OXŞAR XƏBƏRLƏR