Türkmənbaşının ölüm xəbərini yayanlar tutuldu

Türkmənbaşının ölüm xəbərini yayanlar tutuldu
 

Türkmənistanda ölkə Prezidenti Qurbanqulu Berdiməhəmmədovun ölüm xəbərini yaymaqda şübhəli bilinən üç nəfər saxlanılıb.

İyulun 25-də Türkmənistanda güc strukturları Q.Berdiməhəmmədovun ölməsi və ya səhhətinin pisləşməsi barədə yayılan şayiələrlə mübarizə aparmaq məqsədi ilə fəal işə başlayıblar.

Bu çərçivədə Lebap vilayətində üç nəfər tutulub. Onlar ölkədə vəziyyətin gərginləşdirilməsinə xidmət edən şayiələrin yayılmasında ittiham edilirlər.

Saxlanılanlar "Türkməntelekom”un Lebap şöbəsinin əməkdaşı, Su Təsərrüfatı idarəsinin işçisi və yerli Mənzil Kommunal Təsərrüfatının qadın işçisidir.

Bundan başqa, Mədəniyyət Nazirliyinə əks təbliğat aparmaq üçün tapşırıq verilib.

Qeyd edək ki, Q.Berdiməhəmmədovun ölümü ilə bağlı informasiya iyulun 20-də yayılıb. İyulun 25-dək Prezident ictimaiyyət arasında görünməyib və yalnız həmin tarixdə televiziyaya çıxıb.


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...