Narkotikə görə İranda girov qoyuldu - FOTOLAR

Narkotikə görə İranda girov qoyuldu - FOTOLAR

Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən növbəti uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan mütəşəkkil cinayətkar dəstənin üzvləri zərərsizləşdirilib və onlardan ümumilikdə 1 kiloqram yaxın heroin aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, daxil olan məlumat əsasında rayon sakini Ehtibar Məmmədov yaşadığı Ə.Cavad küçəsində saxlanılıb.

Onun evinə baxış zamanı su borusunun içərisində gizlətdiyi 304,210 qram narkotik vasitə heroin aşkar edilərək götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq E.Məmmədovla birlikdə narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirak edən Cələlabad rayon sakinləri Əyyub Şükürov və Rəşad Yusubov da tutularaq istintaqa təqdim ediliblər.

Araşdırma zamanı müəyyən edilib ki, qrup üzvləri aralarındakı rol bölgüsünə əsasən İrandan Azərbaycana satmaq niyyəti ilə narkotik vasitə gətiriblər. Onlar şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşları ilə razılığa gələrək Ə.Şükürovu həmin şəxslərin yanında girov qoyub külli miqdarda heroin əldə ediblər. E.Şükürov orada qalandan sonra digər iki nəfər narkotik vasitəni Bakı-Astara magistral yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində götürərək R.Yusubovun avtomobili ilə Cəlilabad rayonuna gətiriblər.

E.Məmmədov və R.Yusubov əldə etdikləri narkotik vasitəninin bir qismini Cəlilabad rayonunda qabaqcadan razılığa gəldikləri Qismət Hüseynov və Mirzağa Əzizova 15500 manata satmaq isdəyən zaman isə sonuncular pulu ödəməkdən imtina ediblər. Onlar tapançaya oxşar predmetlə və bıçaqla hədələməklə Ehtibar Məmmədova zor tətbiq edib xəsarət yetirməklə quldurluq yolu ilə külli miqdarda narkotik vasitəni talayıb aparıblar. Qeyd edək ki, narkotik vasitələri talayaraq əldə edən Q.Hüseynov və M. Əzizov da saxlanılaraq istintaqa təqdim ediliblər. M.Əzizovun Səbail rayonunda yaşadığı evdən quldurluq yolu ilə talayıb götürdükləri 580,850 qram heroin aşkar edilib.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 234.4.1 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma,qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) 234.4.3 (külli miqdarda törədildikdə), 235.4.2 (narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını talama və ya hədə-qorxu ilə tələb etmə, külli miqdarda törədildikdə) və 235.4.3 (həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə törədildikdə) maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar və əməliyyat tədbirləri davam etdirilir.



OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...