Toy edəcəkdilər, dənizdə boğuldu...

Toy edəcəkdilər, dənizdə boğuldu...

Xəzər dənizinə istirahət üçün yollanan 1997-ci il təvəllüdlü Hüseyn Əli oğlu Dadaşov boğulub. "Qafqazinfo” xəbər verir ki, hadisə iyulun 24-də Bilgəh çimərliyində baş verib.

Əldə etdiyimiz məlumata görə, həmin gün  Hüseyn Dadaşov qardaşı və iki dostu ilə birgə çimərliyə yollanıb. Suda olan zaman dalğa onların 4-nü də aparıb. Qardaşı və dostlarından biri ətrafdakıların köməyi ilə xilas edilib. Digər dostu isə sudan özü çıxmağı bacarıb. Amma həmin vaxt Hüseyni tapmaq mümkün olmayıb. Bir az keçəndən sonra isə dalğa 22 yaşlı gəncin meyitini suyun üzərinə çıxarıb.

Yaxınlarının verdiyi məlumata görə, Hüseynin sevdiyi qız olub. Anası ona dekabrda toy etməyi planlaşdırırdı.

Qeyd edək ki, "Qafqazinfo”nun əməkdaşları dünən Bilgəh çimərliyindən reportaj hazırlayıb.  Məlum olub ki, sözügedən ərazidə bir müddətdir ki, çimmək qadağandır.


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...