Tarkan qızının ilk yaşını Almaniyada qeyd etdi - FOTOLAR

15:00 / 26.07.2019
4595
Türkitəli müğənni Tarkanın qızı Liyanın 13 iyulda 1 yaşı tamam olub.
"Qafqazinfo” xəbər verir ki, Pınar Tevetoğlu ilə ailəli olan sənətçi qızının ilk yaşını Almaniyada qeyd edib.
Tarkan ad günü mərasimindən fotoları instaqram hesabında paylaşaraq "Bu günün tbt-si Liyanın ilk doğum günündən olsun dedim” qeydini yazıb.
Qeyd edək ki, cütlüyün Almaniyada da daşınmaz əmlakı var.