"İndiki müğənnilər "indiyski" oxuyur, amma Azərbaycan dilində..." - VİDEO

18:05 / 25.07.2019
3760
Xalq artisti Brilliant Dadaşovanın bacıları İradə və Lalə Dadaşova Xəzər Tvdə yayımlanan"5/5" verilişinin qonağı olublar.
"Yeni Sabah” xəbər verir ki, Lalə Dadaşova hazırda oxunan mahnıları tənqid edib. O, indiki müğənnilərin hind mahnıları oxuduğunu deyib:
"İndiki müğənnilər "indiyski" oxuyur. Amma Azərbaycan dilində oxuyurlar".
Bacısı – Brilliant Dadaşova ilə bağlı suallara Lalə Dadaşova "Mahnılar yazır, kliplər çəkdirir. "Jara”ya hazırlaşır. O, Brilliantdır, əlçatmaz zirvədir", - deyə cavab verib.
Həmin görüntüləri təqdim edirik: