Afaq Aslan - “Əməliyyatdan öncəki son şəklim!” - FOTO

12:20 / 23.07.2019
4856
Müğənni Afaq Aslan əməliyyatdan öncəki son şəklini paylaşıb.
"Yeni Sabah xəbər verir ki, ötən gün qarnına əzələ qoydurmaq üçün əməliyyata girən ifaçı son paylaşdığı fotoya bu şərhi yazıb:
"Qısa bir zamanda sizlərlə əməliyyat nəticələrini paylaşacam! Və "nə gərək var idi?" "ehtiyac yox idi" deyənlerə də əyani surətdə göstərəcəyəm ki, insan nə qədər çox göz önündə olursa, bir o qədər də qüsursuz görkəmə sahib olmaq arzusuyla yaşayır!”.
Müğənni özündə daima qüsurlar axtardığını da vurğulayıb:
"Hər şeydə bir gözəllik arayan insanlar qüsursuzluğu özlərinə həyat devizi edirlər və başlayırlar özlərində olur-olmaz qüsurlar axtarmağa - mənim kimi”.