Elzadan daha bir rüsvayçı şeir: \"Sən məni aldın, mən sənə verdim\"

Elzadan daha bir rüsvayçı şeir: \
Əməkdar artist Elza Seyidcahan növbəti şeirini təqdim edib. 

Şəxsi instagram hesabında izləyiciləri ilə paylaşdığı "Metamarfozlar" (ADAMSIZ EVLƏR...) şeiri oxuyanlar tərəfindən tənqidlə qarşılanıb. İfaçıya "Nə olar daha yazmayın", "Beynim error verdi" kimi şərhlər yazılıb.

Sözügedən şeiri təqdim edirik:

Elə bilirsən, səni məndən soruşmurlar?
Hanı o? O hanı?
Danışmıram, eşqimizin faydasıdır, susuram.
Elə adamları sevdim ki, səni sevdiyimdən betər.
Görürsən? Heç yadıma düşmürlər, unuduram.
Gəlmirlər, getmirlər, öpmürlər, sevirlər.
Sən də, elə. öləcəksən dərdimdən.
Çıxacaqsan, yaddaşımın ruhundan, birdəfəlik.
İkidəfəlik olmur. Sevgi olur birdəfəlik.
Gəldi, gördü, sevdi, oldu, bitdi.
Bitdi, oldu , bitdi.
Sən məni sevdin, mən səni seçdim.
Sən məni aldın, mən sənə verdim.
Könlümü verməseydim, ömrüm getməliydi qəmə.
Gəlmişdim birdəfəlik, yar baxçasından sənə.
Xal yanaqlı, bal gəlini, fəda olan xar dəlini.
Əlində ətiri qalan, qolunda doynu quruyan,
Yolunda başı əyilən, mən,mən,mən!
Yolda qalan gözlərim necə yatsın?
Dilimə hopan öpüşlərin gecə vaxtı,
Dodaqımızda susan pıçıltılara, çıqır deyib
Ürəyimizdə şişən sözlərimizi necə ovutsun?
Ay adamsız evlər, dərd cəkmiyin siz.
Evsiz adamlar partdıyır, adamsız evlər çatdıyır
Ərsiz arvadlar ağrıyır, arvadsız ərlər sızlayır
Qardaşsız bacılar neyniyir? Bacısız qardaşlar kef eliyir...
Bəs qardaşsız torpaq ? Ey dilsiz zamanlar,
Susuz amanlar, ey haqlı gümanlar, haqsız umanlar.
Bu atamsız anam, anamsız yaman.
Düşməyəcəyəm yadıva, düşməyəcəksən yadıma.
Gəlməyəcəksən yanıma, qaçmayacağam qucağına.
Qolların həsrət qalacaqsa əyər,
Bunun günahını axtarmaqa məyər,
Ürəyini üzüb sızıldatmaqa dəyər?
Həsrət səni əyər, baxma mənə.
Səni gözlərim məğlub edər.
Nə etsin bədənimiz?
Sözlər nə desin?
Möhtacıdır onlar saf eşqimizin.
Cəhənnəm.əzabıdır yolunu gözləmək,
Bizi yaratdı yenidən, güclü sevişmək.
Ömrüvün dəyəri mənəm quyuda olan su tək.
Ruhumun dəyəri sənsən evin dəyəri insan kimi.
Adamsız evlər qarıyır, ərsiz arvadlar kimi.
Adamsız evlər quruyur, heyvansız meşələr kimi.
Çəkilir, suyu qurumuş çaylar kimi.
Sonudur, balıqsız dənizlər kimi, arısız pətəklər kimi.
Son beşiklər evdə qalsa, yurdda yatsa, ocaqımıza köz atsa,
Evlər adamsız qalmasa, çırağımız sönməsə, qəbirlər ağlamasa,
Eşidin məni? Evdən gedən, evə dönən,
Evdə yatan, evdə ölən, qalan...
Evdən qaçan insanlar...
Evdən adam iyi gələr,
Yağlı badam iyi gələr,
Evdən adam iyi gələr.

(news24.az)

OXŞAR XƏBƏRLƏR

Yol Polisindən hava şəraiti ilə bağlı MÜRACİƏT

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.   Sfera.az xəbər verir ki, müraciətdə d...

Bakıda yanğın: sakinlər təxliyə edildi

Bakıda yaşayış binasında yanğın olub.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.   Bildirilib ki,...

Azərbaycanda iyun və iyul aylarının sərin keçməsinin səbəbi...

Ötən iyun ayı bir neçə il əvvəllə müqayisədə nisbətən sərin keçib. İyun ayının davamı olaraq iyul ayında da sərin hava müşahidə edilir.   Sfera.az&nb...

Ötən ay 17 aptekdə yoxlama aparılıb

Bu ilin iyun ayı ərzində 17 aptekdə planlı və plandan kənar yoxlama keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik E...

Əliyev və Japarov Ağdamın Xıdırlı kəndində...

İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələs...

Azərbaycanın xarici siyasətində Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur

Azərbaycan beynəlxalq aləmdə müstəqil xarici və daxili siyasət kursu, regional təşəbbüsləri, eyni zamanda regionda sülh və əməkdaşlığa verdiyi önəmli töhfələr s...