Cəlilabadda göldə çimən gənc boğulub

Hadisə
16:02 / 22.07.2019
3559
Cəlilabad rayonunun Gülməmmədli kəndində
boğulma hadisəsi qeydə alınıb. Kənd sakini, 1998-ci il təvəllüdlü Əliyev Loğman Əbdülhüseyn oğlu süni
göldə çimərkən boğulub. L.Əliyevin meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət
və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən sudan
çıxarılıb. Faktla bağlı araşdırmalar aparılır. (AzərTAc)