Antalyada azərbaycanlının meyiti tapıldı
Kriminal
11:41 / 22.07.2019
2981
Türkiyənin Antalya şəhərinin Muratpaşa rayonunda azərbaycanlının meyiti tapılıb.
Oxu.Az xəbər verir ki, meyit Üçgen məhəlləsindəki binalardan birinin birinci mərtəbəsindəki mənzildə aşkar edilib.
Bildirilirki, 60 yaşlı şəxsin adı Şirindir. Ondan xəbər ala bilməyən ev sahibi polisə müraciət edib və evə gələn polis meyiti yataqda aşkarlayıb.
Məlumata görə, arvadı və uşaqları Azərbaycanda olanŞirin 5-6 ildir Antalyada tək yaşayırmış. O, burada rəngsazlıqla məşğul olub və son bir ildə işsiz qalıb. Qonşuları və bələdiyyə nümayəndələri hər gün onu yeməklə təmin edib.