“Nar Wi-Fi” ilə bağ mövsümündə internetsiz qalma!

“Nar Wi-Fi” ilə bağ mövsümündə internetsiz qalma!
İsti yay günlərini paytaxtdan kənarda keçirmək istəyənlər "Nar Wi-Fi” ilə yüksəksürətli internetə çıxış əldə edə bilər. İstirahət üçün bağa, başqa mənzilə və ya ofisə köçənlər, yaxud evində ənənəvi internetə qoşula bilməyənlərin "Nar Wi-Fi” internet paylayıcısını özləri ilə götürmələri yetərlidir. Qısa müddətdə "Nar Wi-Fi” ilə abunəçinin mənzili 4G şəbəkəsi ilə əhatə olunacaq. Bu avadanlıq sayəsində 30-dan artıq cihaz eyni anda sərfəli qiymətə yüksək sürətli internetə (LTE / 4G) çıxış əldə edir.

 

 

İstənilən məkanda sərfəli qiymətə yüksəksürətli internetə çıxış imkanı verməsi və mobil olması "Nar Wi-Fi” istifadəçilərinin sayının artmasına səbəb olub. Belə ki, son üç ayda "Nar Wi-Fi” istifadəçilərinin sayı 180% artıb. Siz də istənilən məkanda "Nar”-ın yüksəksürətli internetindən yararlanmaq istəyirsizsə, "Nar Wi-Fi” cihazını əldə edə bilərsiz. Ruterin satış məntəqələri haqqında daha ətraflı məlumatınar.az saytından öyrənmək olar.

 

Qeyd edək ki, avadanlığı abunəçinin özü rahat şəkildə quraşdıra bilər. Müvafiq tarifli SIM kartı ruterə daxil etdikdən və enerji mənbəyinə qoşduqdan sonra qurğu avtomatik olaraq işə düşür. Abunəçilər avans ödəniş etməklə həm qurğunu əldə edir, həm də 6 aya qədər internetə çıxış imkanı qazanır. Qeyd edək ki, "Nar Wi-Fi” ilə internet ADSL ilə müqayisədə daha sürətlidir və abunəçilərə 60 GB-a qədər limitsiz internet paketləri təqdim edilir. Qeyd edək ki, avadanlıq "Nar” 4G-LTE şəbəkəsinin əhatə etdiyi hər yerdə internetə çıxış əldə etmək imkanı verir.

 

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,5 %-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7800-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.


OXŞAR XƏBƏRLƏR

İzmirdə güclü meşə yanğınları: 42 mindən çox insan təxliyə edildi

Türkiyənin İzmir vilayətində geniş meşə yanğınları yaşayış yerlərinə qədər yayılıb.   Sfera.az xəbər verir ki, 42 mindən çox sakin təxliyə edili...

Azərbaycanda müəllim öz şagirdi olan qızı qaçırdı

Yardımlıda yeniyetmə qız qaçırılıb.   Sfera.az Unikal-a istinadən xəbər verir ki, rayonda repetitorluq fəaliyyəti ilə məşğul olan müəllim öz şagirdi ...

İkinci əl Çin avtomobili alarkən bu nüanslara diqqət edilməlidir – VİDEO

  Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda ...

Yumoru güclü olan millətlər bəlli oldu - ADLAR

30 ölkədən 6000 nəfərin iştirak etdiyi beynəlxalq araşdırma çexlərin dünyada ən inkişaf etmiş yumor duyğusuna sahib olduğunu müəyyən edib.    Sf...

Narsist xüsusiyyətləri ilə seçilən 4 BÜRC - Özünü hər kəsdən üstün sayır

Bəzi bürclər xarakterlərinə görə özlərinə heyran olmaqla yanaşı, daim diqqət mərkəzində olmağı sevirlər. Onların bu xüsusiyyəti bəzən narsizm kimi qəbul edilir....

İmtahan nəticələri AÇIQLANDI

Məlum olduğu kimi, 2025-ci il 29 iyun tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahan...