“Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vuraraq öldürüb

13:05 / 18.07.2019
3767
"Azərişıq” ASC-nin əməkdaşı faciəvi şəkildə ölüb.
Abşeron rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Hökməli qəsəbəsində elektrik naqillərini təmir edən ASC-nin Xırdalan ETSİ-nin elektrik montyoru 1997-ci il təvəllüdlü Mirxan Şeydayevi elektrik cərəyanı vurub.
M. Şeydayev hadisə yerində keçinib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizə qaydalarını pozma, zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.