Xəzərdə batmış iki qadın və iki uşağın meyitləri aşkarlandı

11:00 / 18.07.2019
3010
Xəzər dənizində batmış 4 nəfərin meyiti aşkar edilib.
Virtualaz.org RenTV-yə istinadən xəbər verir ki, rusiyalı xilasedicilər meyitləri Dağıstanın Qarabudaqkənd rayonunun Xəzər sahilləri tərəfdə aşkar edib.
Dünən 4 nəfərin batması barədə xəbər daxil olmuşdu. Batanlardan ikisi qadın, ikisi isə azyaşlıdır.
Fövqəladə Xidmət bütün meyitlərin Xəzər akvatoriyasında tapılaraq təhvil verildiyini bildirib.