İranda avtobus dərəyə yuvarlandı

16:12 / 17.07.2019
3248
İranın İsfahan vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.
İRNA-nın məlumatına görə, vilayətin valisi Mansur Kamali bildirib ki, mikroavtobusun dərəyə yuvarlandığı qəza nəticəsində 13 nəfər həyatını itirib, doqquz nəfər yaralanıb.
Əraziyətəcili tibbi yardım xidməti və helikopterlər cəlb olunub. Yaralılar xəstəxanaya çatdırılıb.