İrana gedərkən yolüstü əl-üzünü yumaq istədi, boğulub öldü

İrana gedərkən yolüstü əl-üzünü yumaq istədi, boğulub öldü

Altı uşaq anası su anbarına düşərək boğulub.

Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə səhər saat 08radələrində Astaranın Kijəbə qəsəbəsində baş verib.

Belə ki, Dürriyə kənd sakini, 48 yaşlı Ağabacı Məmmədova əri ilə birgə İran İslam Respublikasına getmək üçün avtobus gözləyən zaman əl-üzünü və ayaqqabılarını yumaq qərarına gəlib.

Bu məqsədlə qadın yaxınlıqdakı Lovayın su anbarına gedib. Həyat yoldaşının gec qayıtmasından narahat olan Bəşir Əzizov anbara yaxınlaşanda A.Məmmədovanın su üzərində cansız bədəni ilə rastlaşıb. O, dərhal qadının cansız bədənini sudan çıxarıb.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Qeyd edək ki, Lovayın su anbarından yuyunmaq üçün istifadəqadağan olunsa da, son iki ildə sözügedən ərazidə altınəfər boğulub.

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR

İmamoğluna buna görə 9 il həbs cəzası verilə bilər

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədrliyindən uzaqlaşdırılan və həbs edilən Əkrəm İmamoğlunun diplomu ilə bağlı açılmış cinayət işi üzrə ibtidai istintaq başa...

Marsın bir parçası satışa çıxarıldı

Yer üzündə tapılmış ən böyük Mars qayası hərraca çıxarılır.   Sfera.az AZXEBER.COM-a istinadən xəbər verir ki, nadirliyi və ölçüsü ilə elm ...

ÜST: Spirtli içkilər, siqaret və qazlı içkilər 50% bahalaşa bilər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələrə spirtli içkilər, tütün məmulatları və şəkərli qazlı içkilərin qiymətini sağlamlıq vergiləri yolu ilə 2035-ci ilə qədə...

Növbəti ECO sammiti bu ölkədə keçiriləcək

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) növbəti sammitinə İran ev sahibliyi edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Təşkilatın saytında məlumat d...

Nişanlısı 32 ildir şəhid Mehmanı gözləyirmiş...

“Mehmanın ata-anası onun itkin düşməsi xəbərini alandan sonra dözə bilmədilər, ikisi də rəhmətə getdi. Ancaq mən bu günə qədər Mehmanın sağ-salamat dönəcə...

Bakının iki küçəsində avtomobillə hərəkət məhdudlaşdırılacaq

İyulun 6-da saat 06:00-dan saat 24:00-dək Bakı şəhəri, Ziya Bünyadov prospektində təmir işləri aparılacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Avtomobi...