“FETÖ-nün çevriliş cəhdinə ilk rəsmi reaksiya Azərbaycandan verildi” – Bəhruz Həsənov

“FETÖ-nün çevriliş cəhdinə ilk rəsmi reaksiya Azərbaycandan verildi” – Bəhruz Həsənov
 

"1990-cı il 20 yanvar hadisələri ilə Türkiyədəki 2016-cı il 15 iyul olayları arasında böyük oxşarlıq var”.

Yenicag.az xəbər verir ki, bu fikirləri FETÖ terror şəbəkəsinin 2016-cı il 15 iyul hərbi dövlət çevrilişinin 3-cü ildönümü münasibətilə Bakıda təşkil olunan "Demokratiya zəfəri” tədbirində çıxış edən Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov deyib.

 

Bəhruz Həsənov bildirib ki, 3 il əvvəl 15 iyul gecəsi türk xalqının iradəsinin sarsılmazlığını bir daha bütün dünyaya göstərib:

 

"Türkün saysız qəhrəmanlıq dastanı var. Türk xalqı 15 iyulda Türkiyədə, Mübariz İbrahimov təkbaşına düşmən səngərində, ordumuz 2016-cı ildə aprel döyüşlərində qəhərmanlıq dastanları yazdılar.

 

15 iyul xalqın iradəsinin nümayişi idi. Videolara baxdıqda görürdük ki, sadə insanlar dövlət naminə tankın qarşısına çıxdılar, qəhrəmancasına ölümə atıldılar. 15 iyul çevriliş cəhdinin ertəsi günü ilk rəsmi reaksiyanı Azərbaycan dövləti verdi. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, istənilən terror fəaliyyətinə qarşıdır.

 

Azərbaycanda da Fətullah Gülən terror təşkilatının üzvlərinə qarşı mübarizə aparıldı və onların zərərsizləşdirilməsinə başlanıldı. Biz öz qardaşlığımızı çiyinə-çiyinə dayanaraq, qoruyub saxlamışıq. Azərbaycanla Türkiyə daim bir yerdə olub.

 

Azərbaycanda FETÖ başda olmaqla heç bir terror təşkilatı və onların tör-töküntüləri fəaliyyət göstərə bilməz. Azərbaycan Prezidenti Cənab İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkəmiz terrorun bütün forma və təzahürlərinə qarşıdır.

 

Hər kəs xatırlayır, Prezident İlham Əliyev beynəlxalq tədbirlərin birində dedi ki, əgər Türkiyənin burada nümayəndəsi yoxdursa, mən varam.

 

15 iyul hadisələri göstərdi ki, Türkiyə dövləti əbədidir. 1990-cı il 20 yanvar hadisələri ilə 15 iyul olayları arasında böyük oxşarlıq var. Hər iki hadisə zamanı əliyalın əhali tankların qarşısına çıxdı. Hər iki halda xalqın iradəsi qalib gəldi. Bütün şəhidlərimizin ruhları qarşısında baş əyirəm”.

 

Səxavət Məmməd


OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...