Şəkidə moldovalı turist öldü

16:32 / 15.07.2019
3615
Azərbaycana turist kimi gələn Moldova vətəndaşı ölüb.
Sfera.az "Report"a istinadən xəbər verir ki, hadisə Şəki şəhərində baş verib.
Belə ki, 1973-cü il təvəllüdlü Nilolau Vasilyeviç Şorban Şəki şəhərində qonaq olduğu evdə dünyasını dəyişib.
Onun ölümünün səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.