Maştağadakı Psixiatriya xəstəxanasında intihar: 29 yaşlı gənc özünü asdı

15:21 / 15.07.2019
3175
Bakıda psixiatriya xəstəxanasında müalicə olunan 29 yaşlı kişi intihar edib.
Sfera.az report-a istinadən xəbər verir ki, hadisə Səhiyyə Nazirliyinin Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya xəstəxanasında qeydə alınıb.
Orada müalicə olunan Ağcabədi rayon sakini, 1990-cı il təvəllüdlü Vasif Həsənov özünü palatanın pəncərəsinin dəmir barmaqlıqlarından asaraq intihar edib.
Faktla bağlı araşdırma aparılır.