Rüfət və Rəşadla bağlı SON QƏRAR VERİLDİ: həbs...

Rüfət və Rəşadla bağlı SON QƏRAR VERİLDİ: həbs...
 

"Space" televiziyasının efirində işlətdiyi ifadələrə görə müğənni Rüfət Axundov və Rəşad İlyasova qarşı xüsusi ittiham qaydasında verilən şikayətlə bağlı məhkəmə qərarından apelyasiya şikayətinə baxılıb.

Sfera.az Publika.az-a istinadən xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə baş tutan prosesdə xüsusi ittihamçı Rahim Sadıqlının şikayəti üzrə qərar elan edilib.

Qərara görə, şikayət təmin olunmayıb.

Qeyd edək ki, xüsusi ittihamçı Rahim Sadıqlı Yasamal rayon Məhkəməsinin çıxardığı qərardan narazı qalıb və apellyasiya şikayəti verib.

Bakı Apelyasiya Məhkəməsinə müraciət edən Rahim Sadıqlı hər iki müğənninin həbs edilməsini istəyib.

Yasamal rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Qərara görə, Rəşad İlyasov və Rüfət Axundova qarşı xüsusi ittiham qaydasında verilmiş şikayət əsassız olduğundan məhkəmə tərəfindən icraata qəbul edilməyib.

Rəşad İlyasovun vəkili Şahmar Məmmədov məhkəmənin verdiyi bu qərarın tam ədalətli olduğunu deyib.

Qeyd edək ki, xüsusi ittihamçı olan vətəndaş Rahim Sadıqlının nümayəndəsi bundan əvvəl keçirilən prosesdə qeyd edib ki, "Space TV"də "Hər səhər” verilişində qeyri-etik ifadələr səsləndirilib. O, hər iki şəxsin cinayət məsluliyyətinə cəlb edilməsini və onların hər birinin 6 ay müddətinə azadlıqdan məhrum olunmalarını istəyib.

Aprelin 5-də "Space TV"-də "Hər səhər” verilişində müğənni Rüfət Axundovla Rəşad İlyasov qonaq olub.

Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) yaydığı məlumata əsasən, Rəşad Axundov mahnı oxuyarkən dəfələrlə qeyri-etik ifadələrdən istifadə edib.

Kanalın efirində getmiş ədəbsiz söz və ifadələr Şura tərəfindən aparılan monitorinqlər zamanı aşkar olunub.

MTRŞ aprelin 5-də kanal rəhbərliyinin iştirakı ilə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, 5-8 min manat cərimə olunmasına dair protokol tərtib edib.

Həmçinin televiziya və radio rəhbərlərinə şifahi xəbərdarlıq edilərək ki, Rüfət Axundovun efirə çıxmasına məhdudiyyət qoyulub.

Daha sonra vətəndaş Yasamal rayon Məhkəməsinə müraciət edərək hər iki müğənninin Cinayət Məcəlləsinin 148-ci (təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) maddəsinin sanksiyası çərçivəsində cəzalanması tələb edilir.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanın xarici siyasətində Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur

Azərbaycan beynəlxalq aləmdə müstəqil xarici və daxili siyasət kursu, regional təşəbbüsləri, eyni zamanda regionda sülh və əməkdaşlığa verdiyi önəmli töhfələr s...

"Kişi məndən az pul qazanırsa, ona hörmət edə bilmərəm"

"Mən əgər bir kişidən çox pul qazanacağamsa, o kişiyə hörmət edə bilmərəm".   Sfera.azTürkiyə mediasına istinadən xəbər verir ki, bu sözlər...

Özbəkistan türk dünyasının dəyərli üzvü və Azərbaycanın müttəfiqidir

Yeni dünya düzəninə keçid dövrü olduqca mürəkkəb və təlatümlü proseslərlə müşayiət olunur. Hətta onilliklər boyu formalaşan ənənəvi əməkdaşlıq formatları belə, ...

Kanadada hava limanında bomba həyəcanı - Uçuşlar ləğv olundu

Kanadada ani xəbərdarlığa görə hava hərəkəti dayanıb.   Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, Kanadada ölkənin iki böyük hava liman...

İtaliyada anomal istilər- Asfalt əridi...

Avropanı təsiri altına alan güclü isti hava dalğası İtaliyada ağır nəticələrə səbəb olub.    Sfera.az xarici mediaya istinadən xəbər verir ki, r...

Ronaldo Jota ilə bu sözlərlə vidalaşdı

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo komanda yoldaşı, "Liverpul"un hücumçusu Dioqo Jotanın ölümü ilə bağlı başsağlığı verib.   ...