“MilliÖn” yeni pulları niyə “tanımır”? - AÇIQLAMA

“MilliÖn” yeni pulları niyə “tanımır”? - AÇIQLAMA
Müxtəlif məsələlərlə hər zaman müzakirə obyektinə çevrilən "MilliÖn” terminallarında yenidən problem yaranıb.

Oxu.Az xəbər verir ki, bu sistem yeni 10 manatlıq əsginasları qəbul etmir.

Mövcud vəziyyətdən şikayətçi olan insanlar sosial şəbəkələrdə bu barədə paylaşımlar edib.

Bəs görəsən, əslində, bütün bu problemlərə səbəb nədir? Nə üçün sistemdə əməliyyatlar gec yerinə yetirilir? Terminallar yeni əsginasları nə üçün qəbul etmir?

Vətəndaşların sosial şəbəkələrdə paylaşdığı və Oxu.Az-a ünvanlandığı narazılıqlara "MilliÖn” xidmətinin Müştəri Xidmətləri və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Ülviyyə Əfəndiyeva aydınlıq gətirib.

O bildirib ki, yeni əskinasların qəbulu ilə bağlı mövcud problem yaxın zamanda aradan qaldırılacaq:

"Hazırda bəzi "MilliÖn” terminallarında bu problem aradan qaldırılıb. Problemin səbəbi dövriyyəyə buraxılan yeni 10 manatlıq əsginaslarla bağlıdır. Yeni pullar hələlik sistem tərəfindən tanınmır. Biz bunu kütləvi olaraq tətbiq edə bilmədiyimiz üçün sınaq kimi yoxlanıldıqdan sonra mərhələli şəkildə bütün terminalların sisteminə tətbiq ediləcək.

Hazırda bəzi terminallarda, xüsusilə Nəriman Nərimanov prospekti yaxınlığında, Altıncı paralel küçəsi boyu, "MilliÖn”ün xidmət mərkəzində çöldə və içəridə yerləşdirilən terminallarda yeni əsginasların yüklənməsi mümkündür.

Əgər sınaqlar uğurla tamamlanarsa, qısa müddət sonra respublika ərazisindəki digər terminallarda da tətbiq ediləcək. Sonradan heç bir əlavə problemin yaşanmaması üçün işimizə məsuliyyətlə yanaşırıq”.

Ü.Əfəndiyeva terminallarda müşahidə olunan əməliyyatların gecikməsi ilə bağlı məsələyə də münasibət bildirib. O deyib ki, bütün əməliyyatlarda gecikmələrin yaşanması mümkünsüzdür:

"Düşünürəm ki, vətəndaşlar karta bağlı edilən ödənişlərdə bu cür gecikmələrlə rastlaşıb. Bunun da səbəbi gecikmə yox, sistemin kartı oxuması, onu analiz etməsidir. Terminalın kart oxuyucusu kartı tanıyana ("Smartcard”, nəqliyyat kartı) qədər bəzən vətəndaşlar kartı yerindən oynadır.

Bu, düzgün deyil. Çünki belə olanda sistem tanımanı yenidən başladır, bu isə dediyiniz gecikməyə səbəb ola bilər”.

OXŞAR XƏBƏRLƏR

Hazır qəhvədə gizli təhlükə: KORLUQ YARADA BİLƏR

Hubey Universitetinin (Çin) alimləri müəyyən ediblər ki, hazır qəhvənin müntəzəm istehlakı qocalıqda görmə qabiliyyətinin pisləşməsi riskinin artması ilə əlaqəl...

Onlayn alış-veriş edənlərə XƏBƏRDARLIQ - VİDEO

Son vaxtlar onlayn alış-veriş zamanı dələduzluq halları artmaqdadır. Xüsusilə geyim almaq istəyən alıcılar tez-tez aldadıldıqlarını bildirirlər.   Sf...

Dövlət Departamentindən amerikalılara çağırış: "Ayıq olun..."

ABŞ Dövlət Departamenti ölkə vətəndaşlarını Yaxın Şərqdəki vəziyyət fonunda dünyada artan anti-Amerika əhval-ruhiyyəsi fonunda ayıq-sayıq olmağa çağırıb. &nb...

İrandakı hadisələr Azərbaycanda turizmə təsir edəcəkmi? - VİDEO

İran-İsrail münaqişəsinin iqtisadi fəsadları ən çox turizm sahəsində hiss olunur.   Sfera.az ATV-yə istinadən xəbər verir ki, hər iki ölkəyə uçuşlar ...

Bu ölkə vətəndaşlarını İsraildən çıxarır

Böyük Britaniya hökuməti İsraildən çıxmaq istəyən britaniyalılar üçün çarter reysi təşkil edir.   Sfera.az BBC-yə istinadla xəbər verir ki, Britaniya...

İran Prezidenti yaralılara baş çəkdi - VİDEO

İran Prezidenti Məsud Pezeşkian İsrailin hücumlarından sonra yaralanan sakinlərə baş çəkib.   Sfera.az xəbər verir ki, bu haqda İran KİV-də görü...