Bakı kəndləri üçün şad xəbər: Təzə avtobuslar alınır

Bakı kəndləri üçün şad xəbər: Təzə avtobuslar alınır
 

"BakuBus” avtobuslarının uzun müddət əvvəl fəaliyyətə başlamasına baxmayaraq, hələ də Bakıətrafı kənd və qəsəbələrdə köhnə avtobuslardan istifadə olunur. 

Bu barədə "Yeni Sabah” a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev yeni avtobusların alınacağını bildirib: 

"Bakıətrafı kənd və qəsəbələrdə sərnişindaşımada  həm keyfiyyət, həm təhlükəsizlik baxımından göstərilən xidmətin artırılması bizim əsas prioteritetlərimizdən biridir. Bu həm Bakı Nəqliyyat Agentliyinin prioritetidir, həm də cənab Prezidentin də agentliyin qarşısına qoyduğu əsas vəzifələrdən biridir. 

Bakının bütün ərazisində, xüsusən də ətraf kənd və qəsəbələrdə sərnişinlərimizə müasir standartlara cavab verən, həm təhlükəsizlik, həm də xidmət baxımdan yüksək keyfiyyətə sahib olan sərnişindaşıma xidməti göstərilməlidir. Bilirsiniz ki, bu il avtobus parkının yenilənməsi işləri aparılır və növbəti aydan etibarən  paytaxtımıza yeni, müasir komfortlu avtobuslar gələcək”. 

M. Ağayevin sözlərinə görə avtobuslar Prezidentin ötən il imzaladığı sərəncama uyğun olaraq alınacaq: "300-ə qədər yeni avtobus alınacaq. Həmin avtobusların ilk partiyası gələn ay paytaxtımıza gətiriləcək. Bunların hansı marşrutlar üzrə xəttə buraxılması ilə bağlı müzakirələr aparılır, müəyyən tədbirlər görülür. 

Müzakirə olunan istiqamətlər arasında Bakıətrafı kənd və qəsəbələr də var. Fəqət bir məsələ var ki, o ərazilərə avtobus istismara verilən zaman orada yol infrastrukturu nəzərə alınacaq. Hansı yerlərdə yol infrastrukturu uyğundursa, imkan verirsə, həmin istiqamətlərə yeni gətirilən avtobusların istifadəyə verilməsi planlaşdırılır”.

Mətbuat katibi prosesdə vətəndaşların müraciətlərinə xüsusi diqqət yetirildiyini bildirib: "Bu prosesə kompleks yanaşma nümayiş etdirilir. Dayanacaqlar Bakı Şəhər İcra hakimiyyəti tərəfindən Nəqliyyat Agentliyinə qısa müddətdir ki, təhvil verilib. Hazırda dayanacaqların təmir işləri aparılır, çatışmazlıqlar aradan qaldırılır. Uyğun olmayan yerlərdəki dayanacaqlar ləğv edilir, ehtiyac olan yerlərdə yeniləri təşkil olunur. Bu işlər kompleks şəkildə icra olunur. Sadəcə avtobus gətirməklə iş bitmir. Ümumi işlər görülür. Daxil olan vətəndaş müraciətləri də bu məsələlərdə mühüm yer tutur. Marşrut xətləri təşkil edilərkən, hərəkət sxemində hər hansı bir dəyişiklik olunduqda mütləq şəkildə vətəndaş müraciətləri nəzərə alınır”. 

Elnarə İlham


OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...