Xəbər az öncə gəldi: Əhaliyə qəti xəbərdarlıq edildi - RƏSMİ

Xəbər az öncə gəldi: Əhaliyə qəti xəbərdarlıq edildi - RƏSMİ
Ekologiya və Təbii Sərvətlər Nazirliyi 13 iyulda gözlənilən hava şəraitini açıqlayıb. 

Milli Hidrometeorologiya Departamentindən Sfera.az-a məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Gecə saatlarında yarımadanın bəzi yerlərində şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 26-31, Bakıda gecə 22-24, gündüz 28-30 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 751 mm civə sütunundan 756 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 50-55 faiz olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti

Güclü şimal-qərb küləyi əsəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında

İyulun 13-də bəzi yerlərdə şimşək çaxacağı, əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, leysan xarakterli intensiv olacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-25, gündüz 31-36, dağlarda gecə 12-17, gündüz 18-23 dərəcə isti təşkil edəcək.

OXŞAR XƏBƏRLƏR

Bakının iki küçəsində avtomobillə hərəkət məhdudlaşdırılacaq

İyulun 6-da saat 06:00-dan saat 24:00-dək Bakı şəhəri, Ziya Bünyadov prospektində təmir işləri aparılacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Avtomobi...

Xankəndidə yaşanan tarixi gün CNN TÜRKDƏ Tural Müseyibovla

“CNN Türk” kanalında Xankəndidə keçirilən İƏT-in 17-ci zirvə toplantısı müzakirə edilib.    Sfera.az xəbər verir ki, Türkiyənin &ldq...

Türkiyədə bələdiyyə sədri və bir neçə nəfər korrupsiya əməliyyatı ilə saxlanılıb

Türkiyənin Antalya şəhərinin Manavqat rayonunda bələdiyyə idarəsində korrupsiya ilə bağlı əməliyyat keçirilib.     Sfera.az xəbər verir ki, b...

Xankəndidə Ərdoğanla Şahbaz Şərif arasındaGÖRÜŞ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Pakistan Baş naziri Şahbaz Şərif Xankəndidə görüşüb.   Sfera.az xəbər verir ki, görüş İqtisadi Əməkdaş...

Bakıda daha bir yol hər an ÇÖKƏ BİLƏR - VİDEO

Bakıda daha bir yolun çökmək təhlükəsi var.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkədə video yayılıb.   Görüntülər Bakının ...

Vətəndaş Ədliyyə Nazirliyindən şikayətçidir - TƏFƏRRÜATLAR

Ədliyyə Nazirliyinin icra şöbələrində yüksək vəzifəli şəxslərin şəxsi əlaqələrindən sui‑istifadə hallarına rast gəlinib.   Sfera.az-a daxil olan şika...