Bakı metrosunda qadın qızını vaqonda unutdu

Bakı metrosunda qadın qızını vaqonda unutdu
"Bakı Metropoliteni” QSC-nin "28 may” stansiyasında qatardan düşən qadın 11 yaşlı qızını vaqonda unudub.

Sfera.az "Report”a istinadən xəbər verir ki, hadisə bu gün saat 18:40 radələrində baş verib.

Belə ki, özünü uşağın anası və xalası kimi təqdim edən iki qadın stansiya növbətçisinə yaxınlaşaraq övladlarını "Həzi Aslanov" stansiyası istiqamətində hərəkət edən qatarda unutduqlarını bildirbər. Növbətçi isə aidiyyatı üzrə dispetçeri məlumatlandırıb.

Bir qədər sonra isə növbətçiyə yaxınlaşan valideyn deyib ki, uşaqla bağlı narahatlığa ehtiyac yoxdur və övladı qatarda digər xalası ilə qalıb. Hadisənin təfərrüatları ilə bağlı danışan ana bildirib ki, qatar stansiyaya yaxınlaşan zaman onun mobil telefonuna zəng gəlib. Başı telefonla danışmağa qarışan qadın uşağın vaqonda qaldığından xəbər tutmayıb.

Faktı "Report”a təsdiq edən "Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov isə bildirib ki, qadın vaqonda qalmış uşağı xalası ilə növbəti stansiyada "Gənclik”də düşüb. Bir qədər sonra onlar görüşüblər. Uşaq xalasının yanında olduğu üçün hadisə itmə kimi qeydiyyata alınmayıb.

OXŞAR XƏBƏRLƏR

İmamoğluna buna görə 9 il həbs cəzası verilə bilər

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədrliyindən uzaqlaşdırılan və həbs edilən Əkrəm İmamoğlunun diplomu ilə bağlı açılmış cinayət işi üzrə ibtidai istintaq başa...

Marsın bir parçası satışa çıxarıldı

Yer üzündə tapılmış ən böyük Mars qayası hərraca çıxarılır.   Sfera.az AZXEBER.COM-a istinadən xəbər verir ki, nadirliyi və ölçüsü ilə elm ...

ÜST: Spirtli içkilər, siqaret və qazlı içkilər 50% bahalaşa bilər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələrə spirtli içkilər, tütün məmulatları və şəkərli qazlı içkilərin qiymətini sağlamlıq vergiləri yolu ilə 2035-ci ilə qədə...

Növbəti ECO sammiti bu ölkədə keçiriləcək

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) növbəti sammitinə İran ev sahibliyi edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Təşkilatın saytında məlumat d...

Nişanlısı 32 ildir şəhid Mehmanı gözləyirmiş...

“Mehmanın ata-anası onun itkin düşməsi xəbərini alandan sonra dözə bilmədilər, ikisi də rəhmətə getdi. Ancaq mən bu günə qədər Mehmanın sağ-salamat dönəcə...

Bakının iki küçəsində avtomobillə hərəkət məhdudlaşdırılacaq

İyulun 6-da saat 06:00-dan saat 24:00-dək Bakı şəhəri, Ziya Bünyadov prospektində təmir işləri aparılacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Avtomobi...