Putin yenə təhqir olundu: bu dəfə ukraynalı aparıcı tərəfindən

Putin yenə təhqir olundu: bu dəfə ukraynalı aparıcı tərəfindən
Rusiya Prezidenti Vladimir Putin daha bir jurnalistin təhqirinə tuş gəlib.

"Lenta.ru” xəbər verir ki, Ukraynanın "Kanal 24” televiziyasının əməkdaşı Artyom Ovdienko V.Putini hədəf alıb.

Sosial şəbəkə hesabından video paylaşan aparıcı Rusiya Prezidentinin tezliklə ölməsini arzulayıb:

"Anlaya bilmirəm, siz axı bizdən nə istəyirsiniz?”

O, Rusiyada baş verən təbii fəlakətlərdə, İrkutsk vilayətindəki daşqınlarda, sualtı nüvə aparatında yaşanan qəzada V.Putini ittiham edib.

A.Ovdienko, həmçinin Gürcüstanın "Rustavi 2” telekanalı ilə videokörpü haqqında da anons verib.

Maraqlıdır ki, sözügedən video studiyada qeydə alınıb, lakin üzərində kanalın loqosu yoxdur. Materialı "Facebook”da A.Ovdienko özü paylaşıb və belə şərh verib:

"Öz hesabına məzuniyyətə çıxmaq üçün rəhbərliyi məcbur etmək və ya qeyri-rəsmi anons”.

Qeyd edək ki, bir neçə gün əvvəl Gürcüstanın müxalifyönümlü "Rustavi 2” kanalının əməkdaşı Georgi Qabuniya da efirdə V.Putini təhqir etmişdi. Onun bu hərəkəti Moskvada olduğu qədər Tbilisidə də kəskin etirazla qarşılansa da, kanal rəhbərliyi aparıcını işdən çıxarmamış, sadəcə iki aylıq uzaqlaşdırma cəzası vermişdi. V.Putin özü isə onun hərəkətini ciddiyə almadığını demişdi. (oxu.az)

OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...