Rafael Cəbrayılov: “Aliment fondu yaradılmalıdır!”

Rafael Cəbrayılov: “Aliment fondu yaradılmalıdır!”
 

"Bütün mübahisəli məsələlərin məhkəmədə mövcud qanunlar çərçivəsində həll edilməsi hüquqi dövlətin vacib əlamətlərindəndir. Göründüyü kimi, qanunvericilik alimenti ödəməkdən yayınan şəxsin inzibati qaydada tənbeh edilməsi, daha sonra isə cinayət cəzasına məhkum edilməsini nəzərdə tutur. Bu alimentə möhtac olan uşaqların problemlərini həll etmir. Əksinə, bu problem daha da dərinləşir. Bu qəbildən olan uşaqlar lazımi səviyyədə təlim-tərbiyə, təhsil ala bilmir. Sonda, yenə də uduzan cəmiyyət və xalq olur. Buna görə də aliment problemi ciddi şəkildə həll edilməlidir”.

Bunu e-huquq.az-a açıqlamasında deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılov deyib. 

Deputat bilridib ki, istənilən məsələnin məhkəmədə həll edilməsi ədalət mühakiməsinin əsas hissəsi olsa da qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası yekun və çətin mərhələdir. Onun sözlərinə görə, çoxlu sayda maliyyə tutumlu məhkəmə qərarları var ki, bu qərarlar qanuni qüvvəsini alsalar da icrası ciddi çətinliklərlə qarşılaşır.

"Bu kateqoriyadan olan məhkəmə qərarları içərisində alimentlə bağlı qərarları xüsusilə vurğulamaq istərdim. Digər məhkəmə qərarlarının vaxtında icra edilməməsi bəlkə də ciddi problemlər törətməzdi. Amma alimentlə bağlı məhkəmə qərarlarının icra edilməməsi, ya da icrasının ləngidilməsi ciddi fəsadlar törədir. Çünki aliment normal ailə mühiti və hər iki valideynin birgə nəvazişindən məhrum olmuş uşağa verilir. Onun gündəlik yaşamı, böyüməsi, inkişafı, tərbiyəsi, təhsili və sair üçün alimentin vaxtında verilməsi zəruridir. Nəzərə alsaq ki, əksər hallarda azyaşlı uşaq ana ilə qalır, onda alimentin vaxtında verilməsinin zəruriliyini daha yaxşı anlayarıq. Bazar iqtisadiyyatı prizmasından baxsaq mənzərə daha aydın görünər. Təəssüflə qeyd etmək istərdim ki, alimentlə bağlı məhkəmə qərarlarının icra vəziyyəti bərbaddır. Alimentin ödənilməməsi və ya vaxtında ödənilməməsi həmin uşağın həyatında problemlərin meydana çıxması deməkdir. Nəzərə alsaq ki, söhbət xalqımızın genefondunun daşıyıcısı, xalqımızın gələcəyi olan uşaqlardan gedir, onda məsələnin həllinə cox ciddi yanaşmaq lazımdır”. 

R. Cəbrayılov problemin həlli üçün Aliment fondunun yaradılmasını təklif edir. 

"Mən həmişə o fikirdə olmuşam ki, Aliment fondu yaradılmalı və qanuni qüvvəyə minmiş məhkəmə qərarları üzrə alimentlər həmin fond tərəfindən vaxtında ödənilməlidir. Ödənilmiş məbləğ sonra reqress iddia qaydasında cavabdehdən alınaraq həmin fonda bərpa edilməli və alimentə möhtac olan uşaqların təlim-tərbiyəsi istiqamətində dövlət zəruri addımı atmalıdır. Alimenti ödəməyə maddi imkanı olmayan valideynlərin de kifayət qədər olduğunu nəzərə alsaq, onda bu addımın zərurətini daha aydın görərik. Alimenti hansı səbəbdən olursa olsun ödəməyən şəxs mövcud qanunvericiliyə görə əvvəlcə inzibati, sonra isə cinayət məsuliyyətinə cəlb edilir. Amma yenə də problem həll edilmir. Bu baxımdan aliment fondunun yaradılması çox vacibdir”, - deyə, deputat qeyd edib.   


OXŞAR XƏBƏRLƏR

Rusiyada daha bir azərbaycanlının həbs müddəti uzadıldı

Yekaterinburq məhkəməsi iyunun 27-də saxlanılan daha bir azərbaycanlı barəsində qərar çıxarıb.   Sfera.az xəbər verir ki, məhkəmə Əhliman Gənciyevin ...

Attestasiya imtahanından keçməyən müəllimlərə ŞAD XƏBƏR

Attestasiya imtahanından keçməyən bəzi müəllimlərin aqibətinə aydınlıq gətirilib.   Bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov jurnalist...

Xaçmazda yeniyetmə anasını qətlə yetirdi

Xaçmaz rayonunun Qadaş oba kəndində qətl hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, yeniyetmə oğlan anası 1982-ci il təvəllüdlü Lətifova Kifayət ...

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Vladimir Zelenski tezliklə Bakıda Hökumətlərarası Komissiyanın iclasının keçirilməsi barədə razılıq əldə edi...

Paytaxtın bu ərazisində işıq olmayacaq

Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 6 kV-luq hava xətlərində yenidənqurma və təmir-bərpa işlərinin aparılması ilə əlaqədar iyulun 2...

Özbəkistan Prezidenti Azərbaycana dövlət səfəri edəcək

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev azərbaycanlı həmkarı İlham Əliyevin dəvəti ilə 2-4 iyul tarixlərində Azərbaycana gələcək.   Sfera.az xəbər ve...