Rusiyada avtobus çayda batdı - 10 nəfər öldü
Hadisə
17:02 / 12.07.2019
3383
Rusiyanın Tuva Respublikasında "UAZ” markalı avtomobil Şuy çayından keçərkən batıb.
"Qafqazinfo”nun "İnterfaks”a istinadən verdiyi xəbərə görə, avtomobildə olan 10 nəfər çayda boğulub. Ölənlərdən altısı azyaşlıdır.
Hadisə yerinə xilasedicilər və polislər cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.