“Lotu Quli” Azərbaycana qayıdıb?

“Lotu Quli” Azərbaycana qayıdıb?
 

"Lotu Quli” ləqəbi ilə tanınan azərbaycanlı kriminal avtoritet Nadir Səlifov gözlənilmədən Azərbaycana qayıdıb.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə "Vatan Crime” kanalı məlumat yayıb.

 

Qeyd olunur ki, son vaxtlar Dubayda məskunlaşan "vor zakon” Bakıda görünüb. Onun vətəninə hansı səbəbdən qayıtdığına dair informasiya verilmir. 

Bu məqamda xatırladaq ki, hazırda Rusiya kriminal aləminin rəhbəri uğrunda namizəd olan "Lotu Quli” uzun müddətli həbs həyatından sonra 2017-ci ilin payızında Bakıda azadlığa çıxaraq Türkiyəyə gedib.


OXŞAR XƏBƏRLƏR