“Unibank”ın 28 May filialında müştərilərin başına kimlər oyun açır? – İDDİA

“Unibank”ın 28 May filialında müştərilərin başına kimlər oyun açır? –  İDDİA

“Unibank”ın 28 May filialında müştərilərin başına oyun açırlar. Bu bankdan edilən narazılıqlar pik həddə çatıb.

Səməd Vurğun bağı yaxınlığında yerləşən filialdan şikayətlər o dərəcədə artıb ki, baş ofisə vətəndaşların müraciətləri çatmaqdadır. Bu da şübhəsiz ki, “Unibank”ın 28 May filialında real vəziyyətin nədən ibarət olduğunu əks etdirir. Əhalini daha çox qəzəbləndirən müştərilər arasında ayrı-seçkilik salınması, vətəndaşlarla kobud davranışdır. Bank işçiləri özlərini hüquq-mühafizə orqanı əməkdaşları kimi aparırlar. Sanki onlara müştəri ilə qabaq rəftar səlahiyyəti verilib.

Bu barədə TİA.AZ-a verilən məlumata görə, bank əməkdaşlarının saymazyana hərəkətlərindən, müştəriyə yuxarıdan aşağı baxmaqdan, vətəndaşlara qarşı yekəxanalıqdan mərkəzi ofisə müraciətlər daxil olub. Baş ofisdə isə artıq bu şikayətlər nəzərdən keçirilməkdədir. Sözügedən müraciətlərdə qeyd olunur ki, müştəriləri gec yola salırlar, kobud danışırlar və başdansovdu münasibətlə problemi dinləyirlər. Ancaq elə ki, ayrı müştəri probleminin operativ həllini istəyirsə, o halda növbədə dayananları əzib keçmək üçün şirinlik verir. Bu “hörmət” metodu isə müxtəlif cür olur; kimisi həqiqətən şirinlik verir, kimisi gül göndərir, kimisi də... Bu zaman bank əməkdaşı öz “mexanizmi”ni işə salır, müştərinin pasportunu götürərək onun işini növbədə olanlarla paralel şəkildə araşdırmağa başlayır. Məlumatda iddia edilir ki, bütün bu xoşagəlməzliklərin arxasında bankın əməliyyatçılar üzrə rəhbəri hesab olunan Raina Bayramova dayanır. R.Bayramovaya bankda xüsusi “səlahiyyət” verilib ki, idarəçilikdə meydan sulasın. Ona əməllərinə görə, “gözün üstə qaşın var” deyən tapılmır.

R.Bayramovanın rəhbərlik qarşısında qaldırdığı “məsələlər” isə dərhal qəbul olunur. R.Bayramova bankda “gizli əl” kimi özünü göstərməkdədir. Belə ki, Nərgiz Salamova adlı işçisini irəli verməklə özünü bankın ən yuxarı istansiyası kimi təqdim edir. Mənbə bildirir ki, Nərgiz Salamovanın yarıtmaz fəaliyyətinə görə müştərilər tez-tez narazılıq edirlər. Onun gündəlik iş rejimi qaynar olan bir bankda işçi kimi yararlı olmadığı, qeyri-peşəkar fəaliyyət göstərdiyi iddia olunur. Bildirilir ki, N.Salamova bu filialda müştərilər çox olduğuna görə tələblərə cavab vermir, işinin öhdəsindən lazımi səviyyədə gəlmir. N.Salamovadan edilən şikayətlərə isə R.Bayramova “baxır”. R.Bayramova isə öz növbəsində müştərinin bank rəhbərliyi ilə görüşmək istəməsinə mane olur. Müştərilər ondan ciddi narazıdırlar. Bank rəhbərliyi ilə müştərinin görüşdürməyən Bayramova və Salamovadan mərkəzi ofisə şikayətlər göndərilməkdədir. Müraciətlərdə xüsusi xahişlə vurğulanır ki, müştərilərə qarşı kobud rəftara son qoyulsun, mobil telefonla oynamaq əvəzinə vətəndaşın probleminə baxılsın, yarıtmaz fəaliyyəti ucbatından bankla müştərini üz-üzə qoyanlar barəsində tədbir görülsün. Şikayətçilər “Unibank”ın yeni icraçı direktoru Xalid Əhədova üz tutaraq bu məsələlər barəsində müvafiq göstəriş verilməsini xahiş edirlər.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...