“Fiorentina” bir oyunda 21 qol vurdu - VİDEO

“Fiorentina” bir oyunda 21 qol vurdu - VİDEO

İtaliyanın "Fiorentina” futbol klubu yoldaşlıq görüşündə "Val-di-Fass”ı darmadağın edib.

"Qafqazinfo” xəbər verir ki, oyun 21:0 hesabı ilə başa çatıb. Belə ki, "Fiorentina” rəqib komandaya birinci hissədə 8, ikinci hissədə isə 13 qol vurmağı bacarıb.

Qeyd edək ki, "Fiorentina” İtaliyanın "A” Seriyasının yeni mövsümünə hazırlıqlarını davam etdirir. Klub ötən mövsüm, 41 xal qazanaraq liqada 16-cı yeri tutmuşdu.



OXŞAR XƏBƏRLƏR