Neftin qiyməti gün ərzində 2 faizdən çox artıb

Neftin qiyməti gün ərzində 2 faizdən çox artıb
Neftin qiyməti gün ərzində 2 faizdən çox bahalaşıb.

Sfera.az xəbər verir ki, dünya birjalarında "qara qızıl”ın qiyməti ABŞ-ın xam neft ehtiyatları azalması fonunda artır. Belə ki, neftin qiyməti gün ərzində 2 faizdən çox bahalaşaraq həftənin maksimumuna çatıb.

Bundan əlavə, İran-ABŞ və Venesuela-ABŞ arasında davam edən gərginliklər, Yaxın Şərqdəki digər qeyri-müəyyənlik neft qiymətini yuxarı istiqamətdə dəyişməsini dəstəkləyir.

Hazırda "Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 65,89 dollara, "Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 59,47 dollara alıcı axtarır.

Qeyd edək ki, Amerika Neft İnstitutunun (API) məlumatına görə, keçən həftə ölkədəki neft ehtiyatları əvvəlki həftə ilə müqayisədə 8,13 milyon barrel azalaraq 461,4 milyon barrel olub.


OXŞAR XƏBƏRLƏR

Müharibə oyuna çevrildi: Ukrayna xal sistemindən faydalanır

Ukrayna ordusu Rusiya ilə müharibədə texnoloji innovasiyalarla diqqət çəkməyə davam edir. Kiyev rəhbərliyi cəbhə xəttində döyüşən əsgərlərin motivasiyasını artı...

Zəfər Salnaməsindən rəqəmsal dövrə uzanan yol

Azərbaycan milli mətbuatı xalqımızın azadlıq, müstəqillik və demokratik dəyərlər uğrunda mübarizəsinin tərkib hissəsi kimi şərəfli bir yol keçmişdir. Ulu Öndər ...

"2025-ci ilin birinci yarımilində cinayətlər 10,9% azalıb" - Hərbi prokuror

2024-cü ilin birinci yarımili ilə müqayisədə, 2025-ci ilin birinci yarımilində qeydə alınan hərbi xidmətdən yayınma cinayətləri ümumilikdə 43,9% azalıb.  ...

Rusiya yay hücumuna hazırlaşır: 160 minlik ordu cəbhədə

CNN-in xəbərinə görə, Rusiya yaxın vaxtlarda Ukraynada genişmiqyaslı yay hücumuna keçə bilər. Ukrayna rəsmiləri Rusiyanın cəbhə xəttinə 160 minlik qoşun cəmləşd...

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Müğənni Elçin Göyçaylı həbs olunub.   Sfera.az Axşam.az-a istinadla xəbər verir ki, bu barədə Binəqədi Rayon Məhkəməsi qərar çıxarıb.   ...

Prezident onlara müraciət ünvanladı

Bakıda Asiya Ali Audit Orqanları Təşkilatı (ASOSAI) ilə Ərəb Ali Audit Orqanları Təşkilatının (ARABOSAI) birgə görüşü keçirilir.   Sfera.az xəbə...