Yeni 10 manatlıq əskinaslar tədavüldən çıxarılacaq? – AÇIQLAMA

Yeni 10 manatlıq əskinaslar tədavüldən çıxarılacaq? – AÇIQLAMA
 

Xəbər verdiyimiz kimi, yeni onluq əskinasların istifadəsində problem yaranıb. Belə ki, bir çox bankomatlar və ödəmə terminalları hələ də yeni əskinasları tanımadığı üçün istifadəçilər onları banklarda dəyişmək məcburiyyətində qalır.  İctimai nəqliyyatda  sürücülər də onu götürməkdən çəkinir və köhnə 10-luq əskinasları tələb edir.

İqtisadçı ekspert Natiq Cəfərli "Yeni Sabah"a açıqlamasında baş verənlərin texniki problemlə əlaqəli olduğunu deyib:

"Bankomatlar və ödəniş terminallarında proqram təminatı yenilənmədiyi üçün onlar yeni əskinasları tanımır, qəbul etmir. Texniki vasitələr yeni əskinasları saxta kimi görür, bu da söz-söhbətə səbəb olur. Hətta sürücülər arasında belə fikir yaranıb ki, bankomatlarla bağlı problem var, ona görə pullar qəbul olunmur”.

Onun sözlərinə görə, məsələ yeni pul nişanları dövriyyəyə buraxılmamışdan əvvəl həll olunmalı idi.

"Aparatlarda proqram təminatı yenilənməli idi. Bu ya unudulub, ya da məsuliyyətsizlik baş verib. Səbəbini bilmirəm”.

Ekspert deyir ki, yeni əskinaslar dövlət pul parametrlərinə uyğun buraxıldığı üçün onların tədavüldən götürülməsi ehtimalı yoxdur:

 "Sadəcə texniki problem həll olunmalıdır. Bunu bacarmırlarsa, xarici şirkətlərə də müraciət edə bilərdilər. Yəqin ki, hansısa şirkətlə əməkdaşlıq edərək proqram təminatının yenilənməsinə çalışılacaq. Yoxsa əhali arasında söz-söhbət getdikcə artacaq”.


OXŞAR XƏBƏRLƏR

Bakı aeroportunda ƏMƏLİYYAT keçirildi

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları brilyant qaşların ölkənin gömrük sərhədindən qanunsuz yolla keçirilməsi cəhdinin qarşısını alıblar. &nbs...

Övladını bağçaya qoymaq istəyən valideynlərin NƏZƏRİNƏ

Məktəbəqədər təhsil müəssisələrinə qəbul başlayıb.   Bu barədə Sfera.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat evrilib...

Müharibə oyuna çevrildi: Ukrayna xal sistemindən faydalanır

Ukrayna ordusu Rusiya ilə müharibədə texnoloji innovasiyalarla diqqət çəkməyə davam edir. Kiyev rəhbərliyi cəbhə xəttində döyüşən əsgərlərin motivasiyasını artı...

Zəfər Salnaməsindən rəqəmsal dövrə uzanan yol

Azərbaycan milli mətbuatı xalqımızın azadlıq, müstəqillik və demokratik dəyərlər uğrunda mübarizəsinin tərkib hissəsi kimi şərəfli bir yol keçmişdir. Ulu Öndər ...

"2025-ci ilin birinci yarımilində cinayətlər 10,9% azalıb" - Hərbi prokuror

2024-cü ilin birinci yarımili ilə müqayisədə, 2025-ci ilin birinci yarımilində qeydə alınan hərbi xidmətdən yayınma cinayətləri ümumilikdə 43,9% azalıb.  ...

Rusiya yay hücumuna hazırlaşır: 160 minlik ordu cəbhədə

CNN-in xəbərinə görə, Rusiya yaxın vaxtlarda Ukraynada genişmiqyaslı yay hücumuna keçə bilər. Ukrayna rəsmiləri Rusiyanın cəbhə xəttinə 160 minlik qoşun cəmləşd...