AMB-dən saxta yüz manatlıqlar barədə - AÇIQLAMA + VİDEO

AMB-dən saxta yüz manatlıqlar barədə - AÇIQLAMA + VİDEO

Sosial şəbəkələrdə saxta 100 manatlıq əsginaslarla bağlı videogörüntülər yayılıb. Həmin görüntülərdə qeyd olunur ki, bu saxta pulları orijinal əsginaslardan ayırmaq çətindir.

Adıçəkilən video cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. Bəs insanlar saxta əsginaslarla qarşılaşdıqdaaldanmamaq üçün nələrə diqqət etməlidir?

Məsələ ilə bağlı Azərbaycan Mərkəzi Bankı (AMB) Oxu.Az-ın müvafiq sorğusunu cavablandırıb.

Qeyd olunub ki, AMB Daxili İşlər Nazirliyi ilə birlikdə müvafiq araşdırmalara başlayıb:

"Mərkəzi Bank pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı hüquq-mühafizə orqanları ilə ciddi koordinasiya işləri aparır. AMB tərəfindən aşkar edilmiş bütün saxta pul nişanları dərhal hüquq-mühafizə orqanlarına təqdim edilir və birgə araşdırmalar aparılır.

Sosial şəbəkələrdə saxta 100 manatlıq pul nişanına dair yayılmış videogörüntü iləbağlı araşdırmalar gedir. Mərkəzi Bank Daxili İşlər Nazirliyi ilə birlikdə müvafiq istiqamətdə araşdırmalar aparır”.

Bildirilib ki, həyata keçirilmiş birgə tədbirlər,eləcə də, pul nişanlarımızın yüksək mühafizə sistemlərinə malik olması nəticəsində onların saxtalaşdırılması səviyyəsi beynəlxalq təcrübə ilə müqayisədə aşağıdır və tədavüldə olan hər 196 min ədəd pul nişanına bir ədəd saxta pul nişanı düşür:

"Müqayisə üçün, avro üzrə dövriyyədə olan hər 30 min ədəd pul nişanına bir ədəd saxta, ABŞ dolları üzrə dövriyyədə olan hər beş min ədədə birədəd saxta, Rusiya rublu üzrə isə dövriyyədə olan hər 132 minə bir ədəd saxta pul nişanı düşür”.

Sorğuya cavabda deyilir ki, Azərbaycan Mərkəzi Bankı qanunvericiliyə uyğun olaraq davamlı tədbirlər həyata keçirir. Dövriyyəyə buraxılmasından 13 il müddət keçməsinə baxmayaraq, milli pul nişanlarımız müasirliyinə, eləcə də mühafizə sisteminə görə öz aktuallığını qoruyub-saxlayır:

"Bununla belə, bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da pul nişanlarının saxtalaşdırılması cəhdləri olur. Milli pul nişanlarımızın təhlükəsizlik elementləri yüksək səviyyədədir və avro pul nişanlarına uyğun dördpilləli "mühafizə fəlsəfəsi” əsasında hazırlanıb.

Belə mühafizə sistemi pul nişanlarının mühafizə elementlərinin həqiqiliyinin tədavülün bütün mərhələlərdə (əhali, ticarət müəssələri, kredit təşkilatları və Mərkəzi Bank) müəyyən etməyə imkan verir”.

 


 


OXŞAR XƏBƏRLƏR

Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında iyulun 19-da hava şəraiti yağmursuz keçəcək.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat veri...

İsrail Suriya druzlarına humanitar yardım göndərir

İsrailin Xarici işlər naziri Gideon Saar Suriyanın cənubundakı Əs-Suveyda şəhərində vəziyyətin pisləşməsi fonunda həmin bölgədə yaşayan druz icmasına humanitar ...

Bakı aeroportunda ƏMƏLİYYAT keçirildi

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları brilyant qaşların ölkənin gömrük sərhədindən qanunsuz yolla keçirilməsi cəhdinin qarşısını alıblar. &nbs...

Övladını bağçaya qoymaq istəyən valideynlərin NƏZƏRİNƏ

Məktəbəqədər təhsil müəssisələrinə qəbul başlayıb.   Bu barədə Sfera.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat evrilib...

Müharibə oyuna çevrildi: Ukrayna xal sistemindən faydalanır

Ukrayna ordusu Rusiya ilə müharibədə texnoloji innovasiyalarla diqqət çəkməyə davam edir. Kiyev rəhbərliyi cəbhə xəttində döyüşən əsgərlərin motivasiyasını artı...

Zəfər Salnaməsindən rəqəmsal dövrə uzanan yol

Azərbaycan milli mətbuatı xalqımızın azadlıq, müstəqillik və demokratik dəyərlər uğrunda mübarizəsinin tərkib hissəsi kimi şərəfli bir yol keçmişdir. Ulu Öndər ...