Ermənistan zülmətə qərq oldu, bütün ölkə işıqsız qaldı

Ermənistan zülmətə qərq oldu, bütün ölkə işıqsız qaldı

 


Ermənistan baş nazirinin müavini Tiqran Avinyan özünün Facebook səhifəsində bütün ölkə boyu elektrik enerjisinin kəsilə biləcəyi haqda xəbərdarlıq edib. Avinyan təsdiq edib ki, Yerevan İstilik Elektrik Stansiyasında və Razdan İES-in enerji blokunda qəza baş verib.

 

"Hazırkı məqamda bizim energetika sistemində qəza baş verib. "Yerevan” İES bütünlüklə və "Razdan” İES-in beşinci bloku dayanıb. Bütün respublika üzrə elektrik enerjisinin kəsilməsi mümkündür. Problemi saat 19.00-a qədər aradan qaldırmaq üçün işlər aparılır”,-o bildirib.

 

 

 

"Sputnik Ermənistan” əlavə edir ki, tunellərdə qalmış metro vaqonlarından sərnişinlər təxliyə edilib.

 

* **14:00

 

Ermənistanın bəzi vilayətlərində, o cümlədən Yerevanda elektrik təchizatında problemlər yaranıb.

 

Virtualaz.org "Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Yerevan metrosunun işi dayanıb.

 

Qeyd olunur ki, telefon şəbəkəsi və internet fasilələrlə işləyir. Ölkə ərazisində elektrik enerjisinin ötürülməsi və paylanması funksiyalarını yerinə yetirən "Ermənistan elektrik şəbəkələri” QSC hələlik baş vermiş hadisəni şərh etməyib.



OXŞAR XƏBƏRLƏR

“WhatsApp”dan möhtəşəm YENİLİK: Şirkətin əməkdaşı ilə...

“WhatsApp” istifadəçilərin problemlərini həll etmək üçün yenilik edib.   Sfera.az xəbər verir ki, tətbiq canlı dəstək xidmətini istifadəy...

Bayramda Qarabağa səfər edənlərə MÜRACİƏT

Daxili İşlər Nazirliyi bayram günlərində işğaldan azad olunan ərazilərə səfər edən şəxslərə müraciət ünvanlayıb.   Sfera.az məlumatına görə, müraciət...

Prezident xalqı TƏBRİK ETDİ - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar sosial şəbəkə hesablarında paylaşım edi...

Azərin şikayəti rədd edildi- Zəhra ev dustaqlığına buraxıldı

“TikTok” əməliyyatı ilə həbs edilən aparıcı Azər Zahid və digərləri həbs qərarından narazıdır.   Sfera.az xəbər verir ki, Bakı Apellyasiy...

"Putin bu təbriklə həm onları "diriltmək" istəyir, həm də Azərbaycana..." - AÇIQLAMA

Bu gün Rusiya Prezidenti Vladimir Putin Ermənistandan olan keçmiş həmkarları Robert Köçəryan və Serj Sarkisyanı da təbrik edib. Bu barədə Kremlin mətbuat xidmə...

Rusiya və Ukrayna əsir mübadiləsi apardılar

Rusiya və Ukrayna əsir mübadiləsi həyata keçirib. Sfera.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.   “30 dekabrda a...