\"Qıldığı namaz belini qırsın\" - Partiya sədri Ziya Məmmədova qarğış tökdü

\
Sabiq nəqliyyat naziri Ziya Məmmədovun ibadətlə məşğul olması cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Bildirilir ki, Z.Məmmədov Quranı müataliə edir, namaz qılır, bədii ədəbiyyatla məşğul olur, həmçinin şeir də yazır.

Sfera.az xəbər verir ki, məsələyə münasibət bildirən Müasir Müsavat Partiyasının sədri Hafız Hacıyev Moderator.az-a açıqılamasında bunu gülüşlə qarşılayıb.

O bildirib ki, bu, milləti ələ salmaqdan başqa bir şey deyil:

"Bunlar indi keçmişlərini xatırlayırlar. Keçmişdə rüşvət almaqlarını, dövləti dağıtmalarını, qabaqlarında rəqqasələr oynatmalarını xatırlayanda köks ötürüb deyirlər ki, "Ay Allah, niyə bu yağlı tikə əlimizdən çıxdı?!” İndi də bəziləri şeir yazır, Ziya Məmmədov namaz qılır, namaz onun belini qırsın, Quran ona qənim olsun. Bunlar bir növ millətlə məzələnirlər ki, "Ay millət, bir vaxt sənin milyardlarını yedim və indi də oturub şeir yaza bilərəm”. Bunlar hələ molla da ola bilərlər. İndi haranı araşdırırsan milyardlardan söhbət gedir. Buna görə də günah millətdədi, millət öz taleyinə biganədir. Bunların etdiklərinin hamısı millətə sataşmaqdı. Onlar xaricdə qurduqları müəssisələri gəlib ölkəmizdə yaradaydılar və elə öz millətimiz də orda işləyərdi. Sadəcə olaraq bunlarınki milləti, xalqı barmağına dolamaqdı.

H.Hacıyev Z.Məmmədovu oğlu haqqında da şeir yazmağa çağırıb:

"Ziya Məmmədov getsin bir şeir də oğluna yazsın, bir şeir də milyardlarla yediyi pullar haqqında yazsın. İndi gərək Z.Məmmədov içəridə olaydı. Əgər o, türmədə şeir yazsaydı, buna normal baxmaq olardı. O, altı yüz minlik maşında gəzir, bu cür yaşamağa nə var ki? Milləti talan edib, dağıdıb indi də şah kimi yaşayır. Bu cür adamların Allahı, peyğəmbərləri yoxdur. Z.Məmmədova məsləhətim odur ki, namaz qılmağını, Quran oxumağını və şeir yazmağını başqa yerdə etsin, bunlar bu millətə keçməz”.

OXŞAR XƏBƏRLƏR